“Geri çəkiləyicimizi gözləməsin…” – “Putin öz vəhşi kampaniyasını dayandırmalı və qoşunları çıxarmalıdır”
“Hazırda Ukrayna da daxil olmaqla bir sıra ölkələr təhlükəsizlik üzrə müşavirlər səviyyəsində sülh prosesinə gətirib çıxara biləcək məsələlərin nə ola biləcəyini müzakirə edirlər. Ancaq bir şeyi açıq deyim: sülh istənilən vaxt mümkündür. Putin sadəcə olaraq öz vəhşi kampaniyasını dayandırmalı və qoşunları çıxarmalıdır”.
Bunu Almaniya Kansleri Olaf Şoltz yerli mətbuata müsahibəsində deyib.
“Taurus” raketlərinin Ukraynaya çatdırılmasına qarşı olmasını şərh edən Şolts qeyd edib ki, hökumət başçısı kimi o, müharibə və sülh, eləcə də Avropada təhlükəsizlik məsələlərində məsuliyyəti öz üzərinə götürməlidir: “Ukraynaya güclü dəstəyimizlə yanaşı, mənim üçün bir şey vacibdir: biz müharibənin, yəni Rusiya ilə NATO arasında müharibənin böyüməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyik. Biz Ukraynaya əsgərlərimizi göndərməyəcəyik. Hər bir silah tədarükünü, bu kontekstdə bunun nə demək olduğunu diqqətlə nəzərdən keçiririk. Ona görə də belə qərar vermişəm”.
Eyni zamanda o, Almaniyanın Ukraynanı silah və sursatla Avropanın bütün ölkələrindən daha çox dəstəklədiyini bildirib. “Biz buna 28 milyard avrodan çox vəsait xərcləyirik. Bu, digər ölkələrin birgə etdiyindən daha çoxdur və biz bunu nə qədər lazımdırsa, davam etdirəcəyik. Bu, Putinə onu göstərir ki, o, hamının Ukraynaya dəstəyini geri çəkməsini gözləməməlidir”.