ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib

 

ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında aprelin 5-də keçiriləcək görüşdə hərbi paktın müzakirə ediləcəyi barədə rəsmi məlumat var.

Bunu açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

O qeyd edib ki, üçtərəfli müzakirələrin nəticəsində Qafqazda yeni hərbi birliyin yaradılmasına cəhd edilir: “Bu prosesin başlanğıcı Avropa İttifaqı müşahidə missiyasının Qafqaza – Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi idi. Əvvəl iki aylıq gələn missiyanın müddəti sonradan ikiillik edildi. Missiyanın tərkibində və mandatında da dəyişiklik olundu. Bütün bunlardan sonra üçtərəfli 5 aprel görüşünün keçirilməsi ümumi işin növbəti mərhələsidir. Bu proseslərdə NATO-nun xətti aydın görünür və bir növ silahlanmadan söhbət gedir”.

Ə.Əlibəyli hesab edir ki, bütün bu addımlar, siyasi gedişlər Rusiya, Türkiyə və Azərbaycana qarşı birliyin formalaşdırılmasına yönəlib: “Rəsmi Bakının tələbinə cavab verilmişdi ki, guya bu üçtərəfli görüş Azərbaycana qarşı yönəlməyəcək. Belə açıqlamalar verilibsə, deməli, tamamilə əksini müşahidə edəcəyik”.

Qeyd edək ki, aprel ayının 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə Brüsseldə görüş keçirəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password