Qərbə doğru yola çıxan Ermənistan Suriyaya çevriləcək – VİDEO

 

Şimali Atlantika blokunun baş katibi Yens Stoltenberqin bu yaxınlarda Cənubi Qafqaza səfəri fonunda bu ilin aprelində ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, NATO-nun baş katibi Yens Stoltenberq və Ermənistanın baş naziri Nikol Paşinyan arasında tərkibinə görə genişləndirilmiş dördtərəfli görüş hazırlanacağı barədə məlumatlar yayılmağa başlayıb. “Şirin” kampaniyadır, elə deyilmi?    

Bu barədə “Caliber” “YouTube” kanalının növbəti təhlilində bəhs edilib.

“Sızdırılan məlumatlara görə, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələr arasında ikitərəfli razılaşmalara analoq olaraq, Ermənistana təhlükəsizlik zəmanətləri verilməsi ilə bağlı paktın imzalanmasına hazırlaşır. Belə bir görüşün planlaşdırıldığı şübhəsizdir. Lakin bu görüşün baş tutub-tutmayacağı artıq başqa bir məsələdir. Amma planlar həyata keçərsə, o zaman regionda geosiyasi hadisələrin sürətlə və geridönülməz şəkildə inkişaf edəcəyini 100% əminliklə proqnozlaşdırmaq mümkün olacaq.

Aldığımız məlumatlara görə, İrəvanla Qərb arasında Rusiya sərhədçilərinin Qərb ölkələrindən olan hərbçilərlə əvəzlənməsi ilə bağlı məxfi məsləhətləşmələr aparılır. Bunun Ermənistan dövlətinin gələcəyi üçün nə ilə nəticələnəcəyini yalnız təxmin etmək olar. Görünür, Ermənistan öz ölkəsini həvəsli şəkildə Suriya və Liviyaya çevirmək niyyətindədir”, – deyə materialda bildirilib.

Daha ətraflı videosüjetdə:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password