“Moskva bu təzyiq alətini sona saxlayıb…” – “Paşinyan bu ssenarini nəzərə almaya bilməz”

 

“Moskva Rusiyadakı ermənilərin Ermənistana pul köçürmələrinə qadağa qoysa, qonşu ölkədə iqtisadi vəziyyət ağırlaşacaq. Nikol Paşinyan bu ssenarini nəzərə almaya bilməz”.

Bunu politoloq Elxan Şahinoğlu Moskva – İrəvan münasibətlərində son baş verənləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son günlər Ermənistan hakimiyyətinə iki mesaj göndərirlər:“Birinci mesaj bundan ibarətdir ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur. Yəni demək istəyirlər ki, Rusiyadakı ermənilər Ermənistandakı ermənilər kimi düşünmür və Baş nazir Nikol Paşinyanın Qərblə yaxınlaşmaq siyasətindən narazıdırlar. İkincisi, Rusiyada yaşayan ermənilər Ermənistana hər il milyardlarla dollar pul köçürürlər və bu Ermənistan büdcəsindəki vəsaitdən çoxdur. Bu da Kremlin Ermənistan hökumətinə xəbərdarlığıdır. Yəni demək istəyirlər ki, Qərbə yaxınlaşmağa çalışan Ermənistan hökumətinə təzyiq etmək üçün Kremlin əlində güclü maliyyə aləti var”.

Ekspert hesab edir ki, əslində Moskva bu alətə əl atarsa o, Nikol Paşinyanın ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı almaq siyasətində işini asanlaşdıracaq. “Çünki bu halda ABŞ və Avropa İttifaqı Nikol Paşinyan hökumətini Kremlin maliyyə təzyiqindən qurtarmaq üçün Ermənistana maliyyə dəstəyini artıracaq. Ermənistanda keçirilən rəy sorğularında Rusiyaya inam azalıb. Nikol Paşinyan bu tendensiyanın artmasında maraqlıdır. Bunu Kreml də anlamamış deyil. Ona görə də Kreml pul köçürmələrinin dayandırılması kimi aləti ən sona saxlayıb”, – E.Şahinoğlu vurğulayıb. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password