Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir…”

 

“Mərkəzi Bank Hökumət Ödəniş Portalının (HÖP) fəaliyyətini niyə dayandırdı, anlamıram. Çox rahat idi. Əziyyət çəkmədən bütün büdcə, kommunal və s. ödənişləri rahatca etmək olurdu”.

Bunu iqtisadçı Samir Əliyev yazıb. “Hökumət bir tərəfdən ASAN xidmətin timsalında əhalinin rahatlığı üçün xidmətləri mərkəzləşdirir, Mərkəzi Bank digər tərəfdən vaxtilə qurulmuş mərkəzləşdirilmiş və əhali üçün rahat olan portalı ləğv edir”, – o əlavə edib.

Ekspert bildirib ki, HÖP vasitəsi ilə rahatca istənilən kart ilə vergi borclarını ödəmək mümkün idi, indi bununla bağlı çətinliklər yaranıb: “Bank hesabından real rejimdə büdcə ödənişləri ancaq sahibkar hesabından ödəmək mümkündür. Yenə də Dövlət Vergi Xidməti sağ olsun. HÖP-ü öz sisteminə inteqrasiya edib. Artıq şəxsi kabinetimdən ilk ödənişi etdim. Sistem Beta versiyadadır hazırda və təbii ki, təkmilləşdirilməyə ehtiyac var”.

S.Əliyev qeyd edib ki, ilk baxışdan burada da çatışmazlığın şahidi olub: “Birincisi, xüsusilə də böyük məbləğlər üçün komissiya haqqının yüksək olmasıdır. Məsələn, mənim nümunəmdə bankdan köçürülən vəsaitlə şəxsi kabinetdən köçürülən vəsaitə görə fərq 4-5 dəfə oldu. İkincisi, ödəniş etdikdən sonra ödənişlərin arxivini tapa bilmədim. Yəni ödənişi subut etmək üçün “ödəniş çeki”ni tapa bilmədim. Dediyim 2 çatışmazlıq aradan qalxsa DVX-in ödəniş portalı daha münasib olar”.

Ekspert vurğulayıb ki, Mərkəzi Bankın HÖP-ü ləğv etməsi ən çox zərbəni mikro sahibkarlara vurur. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password