Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?

 

Cari ilin yanvar-fevral aylarında Azərbaycana 22 milyon 852 min dollar dəyərində 541 ədəd elektromobil idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər veririk.

2023-ci ilin eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 13 milyon 532 min dollar və ya 2,5 dəfə, miqdar ifadəsi ilə 319 ədəd və ya 2,4 dəfə artıb.

Qeyd edək ki, ötən ilin yanvar-fevral ayları ərzində 9 milyon 320 min dollar dəyərində 222 ədəd elektromobil gətirilib. Bu təxminən son 2 ay ərzində hər gün ölkəyə 10 elektromobil avtomobilin idxalı deməkdir.

Bəs görəsən, bu faktor avtomobil bazarında hansı təsirlər göstərəcək?

Mövzu ilə bağlı yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu, ölkəmizdə elektromobillərə olan marağın artmasının göstəricisidir:

“Elektromobillərin ölkəyə idxal olunmasının sürətlənməsi, yəni bu prosesin artan tendensiya üzrə getməsi özündə bu növ avtomobillərə marağın artmasının göstəricisidir. Çünki hazırkı vəziyyətdə dövlətin özünün də yaratdığı şərait var ki, elektromobillər və ekologiyanın dostu sayılan karbon və digər qazların atmosfer çirklənmələrinə mane olacaq. Bununla bağlı dövlətin müəyyən konsepsiyası var”.

Ekspert idxal göstəricisinin gələn il daha da artacağını proqnozlaşdırır.

“Xüsusən istixana qazlarının və digər qazların ətraf mühitə ziyan vurmaması üçün müəyyən dərəcədə qarşısının alınması planlaşdırılır. Ona görə də bu növ avtonəqliyyat vasitələrinə maraq da artmaqdadır. Düşünürəm ki, gələn idxalla bağlı rəqəmlər daha da artacaq. Çünki daha qənaətli, müasir və daha az xərc tələb edən avtomobillərin ölkəyə gətirilməsi istər sahibkarlar, istərsə də vətəndaşlar üçün olduqca maraqlıdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password