Qiymətləri süni qaldıranlara xəbərdarlıq

 

Azərbaycan xalqı bu günlərdə Novruz bayramını qeyd edir. Məlumdur ki, bayram ərəfəsində ərzaq məhsullarına tələbat artır ki, bu da bazarda süni qiymət artımına yol açır. Bəzi işbazlar tələbatın yüksəlməsini fürsət bilərək, məhsulların qiymətlərini qaldırır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, qurum tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Həmin siyahıya daxil olan malların (işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların (işlərin, xidmətlərin) qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında sahibkarlıq subyektləri tərəfindən sərbəst müəyyən edilir.

“Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur, istehlakçıların onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı sərbəst seçmək hüququ var.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır. Antiinhisar qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edildiyi təqdirdə, qanunamüvafiq tədbirlər görülür.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password