Manatla bağlı vacib qərar: Mərkəzi Bank faiz dərəcəsini niyə endirdi?

 

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, uzun müddətli hesab olunan, 252 günlük notlarda da oxşar artım qeydə alınmaqdadır:

“Mərkəzi Bankın uçot faiz dərəcəsi isə son dəfə fevralın 1-də dəyişdirilərək 8 faizdən 7.75 faizə endirilib. Uçot faiz dərəcəsində azalmaya rəğmən Mərkəzi Bankın notlarının gəlirliyində artım müşahidə olunur. Notların faiz dərəcələrində diqqəti çəkən əsas məqamlardan biri də 28 günlük notlar üzrə son faiz dərəcəsinin 168 günlük notlarla müqayisədə cəmi 0.05 faiz aşağı olmasıdır.

Bu qısa müddətli yerləşmələrə marağın artmasına orta müddətli notlara tələbin azalmasına səbəb ola bilər. Aydındır ki, Mərkəzi Bank orta və uzun müddətli dövrlü notlara daha çox vəsaitin cəlb edilməsində maraqlı olmalıdır. Bu, maliyyə qərarları baxımdan da vacibdir.

 

Bu baxımdan, qısa və orta müddətli notlar üzrə faiz dərəcələri arasında fiskal mütənasibliyin tapılması çox vacibdir. Ona görə də faizlərə yenidən baxılması və zaman üzrə də optimallaşdırılmasına ehtiyac var. Bütövlükdə, Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 1 milyard 295 milyon manatdır. Ötən ayın son günü ilə müqayisədə notların həcmi 33.16 milyon manat artıb”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password