Əliyev güclü liderdir, sözünün ağasıdır – Solonnikov

 

Rusiya və Azərbaycanda keçirilən prezident seçkisinin nəticələri Cənubi Qafqazda sabitliyə meyilliliyin prioritet olaraq qalacağı, real sülhün bərqərar olması, orada qeyri-sabitliyin yaranmasının qarşısının alınması şansının hələ də olacağı anlamına gəlir.

Bunu rusiyalı politoloq Dmitri Solonnikov Rusiya və Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrini şərh edərkən deyib.

“Rusiya üçün Cənubi Qafqaz qonşu regiondur, ona görə də orada sülh Moskva üçün həyati əhəmiyyət kəsb edir – xüsusilə Rusiya ilə Qərb arasında şiddətli qarşıdurmanın mövcud olduğu bir vaxtda, Qərb və qərbyönlü qüvvələr Moskvaya bütün səviyyələrdə, o cümlədən onun sərhədlərinin perimetri boyunca zərər vermək üçün əlindən gələni etməsi fonunda… Vladimir Putinin Rusiya xalqı tərəfindən yeni müddətə seçilməsi, o cümlədən Azərbaycandakı seçki məntəqələrində onun təxminən 70 faiz səs toplaması və İlham Əliyevin rusiyalı həmkarını təbrik edən ilk liderlərdən biri olması faktı Putinin dövlətçiliyi gücləndirdiyini və Azərbaycanla Rusiya arasında müttəfiqliyi vacib saydığını göstərir”, – bildirib.

Solonnikovun sözlərinə görə, ötən günlərdə Bakıda Rusiya Baş nazirini qəbul edərkən Azərbaycan Prezidentinin səsləndirdiyi sözlər də əhəmiyyətlidir:

“O, Moskva ilə Bakının münasibətləri üçün əsas fikri səsləndirdi: Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda sabitlik və təhlükəsizlik amilidir. Mişustinin Rusiyada keçiriləcək prezident seçkisi öncəsi Azərbaycana səfəri Bakıya etimadın növbəti siqnalı oldu. Putin də, Əliyev də güclü liderdir, onların arasında dostluq münasibətləri var, onlar sözlərinin ağasıdır. Rusiya və Azərbaycanı ümumi xarici siyasət yanaşması birləşdirir, həm Moskva, həm də Bakı dünyada bir qüvvənin hegemonluğunun olmaması prinsipinə əməl edir. Onlar hər bir ölkənin öz inkişaf yolunu seçməkdə suveren hüququ olması və heç kimin kiməsə təzyiq etmək hüququnun olmaması ideyalarına sahibdir. Rusiya xatırladığımız kimi, Azərbaycanın müntəzəm təxribatlardan sonra işğal altında olan torpaqlarını hərbi yolla geri qaytarmasına kifayət qədər sakit reaksiya verdi. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password