Stoltenberqin regiona səfəri niyə məhz Bakıdan başladı?

 

İndiki qarışıq dünyada NATO Baş katibi Yens Stoltenberqin regiona səfəri ciddi hadisədir. Səfərə ölkəmizdən başlaması, ən sıx görüş qrafikinin Azərbaycanda olması məmləkətimizin bölgənin açarı olduğunu sübut edir.

Bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O, dəfələrlə səsləndirdiyi iddianı bir daha gündəmə gətirib:

“Cənubi Qafqazın hər üç respublikası nə vaxtsa üzv olacaqlarsa, yalnız bir yerdə AB və ya NATO-ya üzv olacaqlar, ayrı-ayrılıqda hansısa ölkənin bu qurumlar üçün həyati əhəmiyyəti yoxdur. Ona görə də hər 3 ölkə Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi üçün birgə çalışmalıdır.

Məhz Azərbaycanın son 4 ildə atdığı addımlar bölgədə Rusiyanın ciddi zəifləməsinə səbəb olub ki, bunu da, bizdəki bəzi marginallardan fərqli olaraq, Qərb institutları çox yaxşı anlayır. Hər 3 ölkə üçün ilk hədəf Kremlin təsirlərini minimuma endirməkdir, sonra daha asan olacaq. Bölgəmizdə Moskvadan ən çox asılı olan ölkə Ermənistandır, əvvəl onları dartıb-çıxartmağa çalışırlar – Qərbin bəzi dairələrinin ermənipərəstliyinə emosional deyil, sırf praqmatik baxmaq, bu kontekstə dəyərləndirmək lazımdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password