“Nağıl kimi uğurun bir addımlığında…” – Dünya mediası “Qarabağ”dan yazır
Son Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın “Bayer Leverkuzen”ə son dəqiqələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.
Məşhur idman saytları təmsilçimizin oyunu barədə paylaşımlar edib.
Həmin paylaşımlardan başlıqları təqdim edirik:
“Daily Sports”: “Qarabağ” nağıl kimi uğurun bir addımlığında idi. “Bayer”dən möhtəşəm geridönüş;
“BR Football”: “10 nəfərlə oynayan “Qarabağ” 2:0 hesabı ilə “Bayer”ə qalib gəlməyə çox yaxındır (“Qarabağ”ın 2:0 hesablı üstünlüyü zamanı).
“BBC Sport”: “Bayer”in məğlubedilməzlik seriyası davam edir. Xabi Alonsonun komandası 70-ci dəqiqəyə qədər Azərbaycan klubuna 0:2 uduzurdu”.
“Socrates”: “Bayer”in məğlubiyyətsizlik seriyasını bitirməyə ən çox onlar yaxınlaşdı – “Qarabağ FK”.
“TRT Sports”: “Qurban Qurbanovun “Qarabağ”ı Avropaya damğa vurdu, amma olmadı”.
“bbc.com”: “Bayer Leverkuzen” “Qarabağ”ı dramatik şəkildə məğlub edərək Avropa Liqasının 1/4 finalına yüksəldi.
“Relevent Sports”: “Bayer” “Qarabağ” tərəfindən mübarizədən kənarlaşdırılmağa çox yaxın idi. Son dəqiqələrdə vurulan 2 qol Xabi Alonsonun komandasını xilas etdi”.
“Beinsports.com”: “Bayer” Leverkuzen əsas vaxtda iki qol vuraraq “Qarabağ”ı məğlub edib və məğlubiyyətsiz qaldı.
“Vavel.com”: “Bayer toparlanmağı bacardı və bəxti gətirdi ki, hakim vaxtı 10-cu dəqiqəyə qədər uzatdı”.
“Flashscore.com”: “Patrik Şikin qəhrəmanlığı “Bayer”ə “Qarabağ” üzərində qələbə qazandırdı”.
“Goal.com”: “Xabi Alonso ölümsüzdür! “Bayer Leverkusen” inanılmaz 37 oyunluq məğlubiyyətsizlik seriyasını qorudu”.
“espndeportes.com”: “Frimponq və Şikin qolları Almaniya təmsilçisinə yüksək xəyallar qurmağa imkan verdi”.
“Marca.com”: “Xabi yenə sarsılmadı – “Bayer Leverkusen” ilk oyunda olduğu kimi geri dönüş etdi”.
“Fanatik.com.tr”: “Bayer Leverkuzen” – “Qarabağ” matçında taleyin dönüşü! Azərbaycan təmsilçisi son anda məğlub oldu”.
“Sportbox.ru”: “Bayer” “Qarabağ”ı əsas vaxtda məğlub edərək, Avropa Liqasının 1/4 finalına yüksəlib”.