Ceyhun Bayramov İliya Darçiaşvili ilə görüşdü

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə Bakıda səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb və postmünaqişə dövründəki regional vəziyyəti müzakirə edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müzakirə mövzuları arasında Azərbaycan və Gürcüstan arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər də müzakirə olunub.

“Tərəflər Azərbaycan və Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin regional əməkdaşlığa öz töhfəsini verəcəyini vurğulayaraq bu istiqamətdə yülsək səviyyəli təmasların və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd ediblər. Xüsusilə iqtisadi sahədə əməkdaşlıq üçün mövcud potensialdan istifadənin, birgə layihələrin uğurla həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb, bu xüsusda Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacib rolundan bəhs edilib”,-məlumatda qeyd olunub.

Diqqətə çatdırılıb ki, postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycanın bərpa, quruculuq, habelə sülh təşəbbüsləri barədə C.Bayramov qarşı tərəfi məlumatlandırıb, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə regional əməkdaşlığın gücləndirilməsi üçün münbit şəraitin yarandığını vurğulayıb:

“Bununla belə, sülh prosesinin qarşısında duran çağırışlar, xüsusilə bir sıra ölkələrin öz dar siyasi gündəliklərini regiona proyeksiya etməsinin sülh prosesinə mənfi təsir etdiyi diqqətə çatdırılıb. İliya Darçiaşvili Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, Gürcüstanın bu format çərçivəsində regional əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password