Avropa Liqası: “Qarabağ” mübarizəni dayandırıb

 

UEFA Avropa Liqasında 1/8 finala yekun vurulub.

Azərbaycan çempionu “Qarabağ” da bu mərhələnin cavab matçına çıxıb.

Ağdam klubu Almaniyada bundesliqanın lideri “Bayer”in qonağı olub. Görüşdə “Qarabağ” 90+3-cü dəqiqəyədək qalib durumda olsa da, sonda 2 qol buraxıb. Bununla da “Bayer” mərhələ adlayıb.

Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. Bu hesab bugünkü matçın gərginliyini bir qədər də artırır.

Qeyd edək ki, “Bayer” bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır.  Leverkuzenlilər bütün turnirlər daxil 36 oyundur uduzmur. Xabi Alonsonun çalışdırdığı kollektiv  bunlardan 31-də qalib gəlib, 5 oyunda heç-heçə edib.

Xatırladaq ki, “Bayer”lə “Qarabağ” Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda “Bayer” 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə “Qarabağ”a qalib gəlib. “Bayer” qrupdan lider, “Qarabağ” isə 2-ci yerin sahibi kimi çıxıb.

14 mart

UEFA Avropa Liqası

1/8 finalın cavab oyunu

00:00.”Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan) – 3:2

Qollar: Abdullah Zubir, 59 (0:1), Juninyo, 68 (0:2), Jeremi Frimponq, 72 (1:2), Patrik Şik, 90+3 (2:2), 90+8 (3:2)

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 (“Qarabağ”)

İlk oyun – 2:2

Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə)

Leverkuzen. “Bay-Arena”

UEFA Avropa Liqası

1/8 finalın cavab oyunu

00:00.”Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan) – 2:3 (İkinci hissə)

Qollar: Abdullah Zubir, 59 (0:1), Juninyo, 68 (0:2), Jeremi Frimponq, 72 (1:2), Patrik Şik, 90+3 (2:2), 90+8 (2:3)

Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 64 (“Qarabağ”)

İlk oyun – 2:2

Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə)

Leverkuzen. “Bay-Arena”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password