Ərdoğanın mesajı Fransanı silkələdi – “Bir dəqiqə belə vaxt itirmədən…”

 

Fransa Kommunist Partiyasının baş katibi, senator Fabyen Russel Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna sülh zirvəsi çağırışını parlamentdə gündəmə gətirib.

Senator iki ölkə arasında atəşkəsə nail olmaq üçün bütün diplomatik vasitələrdən istifadə edilmədiyini deyib.

Russel bildirib ki, Rusiya-Ukrayna müharibəsinə son qoyulması və atəşkəsin təmin olunması üçün hər şey edilməlidir. Onun fikrincə, bundan sonra Rusiya və Ukrayna arasında dialoq mümkün olacaq.

“Odur ki, bir dəqiqə belə itirməməliyik, çünki hər saat, hər gün, hər həftə özü ilə çoxlu ölüm və dağıntılar gətirir.

Braziliya, Hindistan, Çin, hətta Cənubi Afrika da təkliflər irəli sürüb. Prezident Ərdoğan da bildirib ki, Türkiyə Rusiya-Ukrayna sammitinə ev sahibliyi etməyə hazırdır. Rusiya atəşkəsə hazır olduğunu bəyan edib”, – senator vurğulayıb.

 

Russel Fransanın Rusiyaya qarşı müharibəyə getməsinin qarşısını almaq üçün Ukraynaya dəstəyin “qırmızı xətt”i keçmədən verilməli olduğunu söyləyib.

Prezident Rəcəb Tayyib Ərdoğan martın 8-də Ankarada ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə Türkiyənin Rusiyanın da iştirak edəcəyi sülh sammitinə ev sahibliyi etməyə hazır olduğunu açıqlamışdı./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password