Delimitasiyadan əvvəl qaytarılacaq ərazilər bəlli oldu – İrəvandan mesaj

 

Ermənistan rəsmi Bakının tələb etdiyi kimi, faktiki delimitasiya prosesi başlamadan dörd qeyri-anklav kəndini Azərbaycana qaytarmağa hazırdırmı?

Sualı ABŞ-nin “Azadlıq” radiosunun erməni xidməti rəsmi İrəvana ünvanlayıb.

Ölkə rəsmisi suala cavab olaraq bildirib ki, sözügedən istiqamətdə Ermənistan ərazisinin haradan başladığını müəyyən etmək lazımdır.

Mənbə xatırladır ki, Bakı dörd kəndin adını çəkir: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı. Ermənistan hökumətinin fikrincə, məsələ hüquqi qüvvəyə malik sənədlər əsasında həll edilməlidir.

“Müvafiq olaraq, de-yure Ermənistan ərazisi Ermənistan Respublikasının, Azərbaycan ərazisi də Azərbaycan Respublikasının idarəsi və nəzarəti altında olmalıdır”, – rəsmi radioya deyib.

Hökumətin nümayəndəsi Ermənistanın bütün sərhəd boyu bu cür həll yollarına getməyə hazır olduğunu da vurğulayıb.

Rəsmi Qazaxın kəndlərini “Tavuş vilayətinə bitşik ərazilər” adlandırıb.

“Ermənistan Tavuş vilayətinə bitişik ən problemli ərazilərdə eyni formulla həll yollarına getməyə hazırdır”, – mənbə qeyd edib.

Azərbaycanın anklavlarına gəlincə, “Azadlıq” qeyd edir ki, Ermənistan məsələnin sərhədin delimitasiya-demarkasiyası prosesində həllinin tərəfdarıdır.

ABŞ radiosuna verilən cavabda Baş nazir Nikol Paşinyanın dünənki mətbuat konfransında Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir iddiasının olmadığı, eyni zamanda öz suveren ərazisini də təslim edə bilməyəcəyi barədə bəyanatına da istinad edilib./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password