Çempionlar Liqası: “Barselona” və “Arsenal” 1/4 finala yüksəliblər

 

Çempionlar Liqasının 1/8 final mərhələsinin Londonun “Arsenal” və “Portu” klubları arasında cavab oyunu başa çatıb.

“Report” xəbər verir ki, görüş Londonda (İngiltərə) “Emirates – Ashburton Grove” stadionunda baş tutub. Oyunu fransalı Klement Turpinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Matçın əsas vaxtında “Arsenal” “Portu”ya 1:0 hesabı ilə qalib gəlib. İki oyunun cəminə (1:1) əsasən, komandaların qol vura bilmədiyi görüş əlavə vaxta kimi davam edib. Penaltilər seriyasında “Arsenal”ın futbolçuları daha güclü olub – 4:2.

41-ci dəqiqədə “Arsenal”ın heyətində belçikalı vinger Leandro Trossard fərqlənib.

Xatırladaq ki, bu mövsümün 1/8 final mərhələsinin ilk oyununda “Portu” doğma meydanda “Arsenal” üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu braziliyalı yarımmüdafiəçi Venderson Qaleno vurub.

İspaniyanın “Barselona” və İtaliyanın “Napoli” komandalarının qarşılaşdığı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu da başa çatıb.

Oyun Barselonadakı “Olympic Lewis Companies” stadionunda baş tutub.

Qarşılaşma “Barselona”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun ümumi nəticəsinə əsasən”Barselona” “Napoli”yə 4:2 hesabı ilə qalib gəlib.

Oyunda hesabı 15-ci dəqiqədə “Barselona”nın futbolçusu Fermin Lopes açıb. 17-ci dəqiqədə “Barselona”nın müdafiəçisi Joau Kanselu komandasının hesabdakı fərqini 2:0-a çatdırıb. 30-cu dəqiqədə “Napoli”nin müdafiəçisi Amir Rrahmani hesabdakı fərqini azaldıb.

84-cü dəqiqədə “Barselona”nın hücumçusu Robert Levandovski fərqlənib.

Bu qələbə sayəsində Kataloniya klubu Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazana bilib.

Komandalar arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu 1:1 hesabı ilə başa çatıb. Oyun Neapoldakı “Dieqo Armando Maradona! stadionunda baş tutub. Matçın 60-cı dəqiqəsində Robert Levandovski hesabı açıb. 75-ci dəqiqədə “Napoli”nin hücumçusu Viktor Osimhen hesabı bərabərləşdirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password