Bu qurumlardakı özbaşınalıqlardan ölkə başçısına şikayət olundu – MÜRACİƏT
Şəki rayonu, Baş Göynük kənd sakini, ağır sağalmaz xəstə ( Atipik Autizm sindromlu F84.1) Saatov Nəsib Vasif oğlunun anası Mustafayeva Gülnarə Kazım qızı tərəfindən Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova, Baş Prokuror Kamran Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Səhiyyə naziri Teymur Musayevə, TƏBİB sədrinə və mətbuat orqanlarına ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin yerli filialının özbaşnalığından və korrupsiya əməlləri nəticəsində ağır xəstə olan 16 yaşlı oğluna qəsdən 3-cü qrup əlillik dərəcəsi təyin etmələri barədə müraciət ünvanlanıb.
Əvvəlcə xatırladım ki,mənim oğlum Nəsib 2008-ci ildə Şəki rayonun Baş Göynük kəndində andan olub. 2 yaşından məlum olub ki, uşaqda atipik autism xəstəliyi var.
Yəni, övladım birdəfəlik əlil olmuşdur. Dəfələrlə uzun müddətli müalicələr etsək də effect vermədiyinə görə 2024-cü ilin fevralınadək 1-ci qrup əlil kimi nəzərə alınmışdır. Mən anasına da baxıcı kimi aylıq 100 manat pul verilmişdir. Təxminən 10 gün əvvəl Nəsibi Şəkiyə tibbi komissiyaya apardım. Gedəndə adamlara, həkimlərə hücum edib döyməsin deyə yuxladıcı və keyləşdirici dərmanlar verdim. Yarıyuxulu halda həkim komissiyası baxdı. Sonradan məlum oldu ki, 16 yaşlı oğluma 3-cü qrup əlillik müəyyən ediblər. Axı biz oğlumu hər gün evdə qapalı otaqda nəzarət altında saxlarıyırq ki, özünə, başqalarına zərə vurmasın. Evdə bir az sərbəst olsa evi də özünü də yandırmaq istəyir. Qab qacağı qırıb tökür. Biz valideynlərə qarşı da çox aqressiv davranır. Bir sözlə, özünü idarə edə bilmir. Dəfələrlə əkin sahəsinə apardıqda gözdən azışıb itibdir. Getdiyi yeri bilmir. Normal danışıb fikir ifadə edə bilmir. Fiziki gücü çoxdur. Kəndə buraxılsa qabağına keçəni döyə, maqazinləri alt-üst edə bilər. Evdə də qeyriixtiyarı möhkəm qışqırır. Bir sözlə, Nəsib çox ciddi xəstədir və cəmiyyətdən tam təcrid halında saxlamağa məcburuq. İndi də özlərini ağıllı hesab edən, əslində Hipokrat andına tüpürüb, evinə maraqları təmin edilməklə çörək aparan bu tiplər uşağı əsassız olaraq 3-cü qrup əlil kimi qiymətləndirməklə əslində bilərəkdən böyük bir cinayətə yol vermişlər. Bunların əsassız qərarından sonra mən bir ana kimi Nəsibin zərbələrinə birtəhər dözərək baxıcılıq etməyə görə 100 manat kompensasiya almaqdan məhrum edildim. Nəsibin 3-cü qrup əlilliyinə görə alacağı 150 manat isə heç onun keyləşdirici dərmanlarına bəs etmir. Mən və yoldaşım işsizik. Biz onu evdə tək qoyub 20 km aralıda yerləşən tütün-qarğıdalı-lobya əkmək üçün sahəyə gedə bilmirik. Yəni bir an nəzarətsiz qalsa evdə böyük ziyanlar törədir. Özünü də yandırmağa cəhd edir. Ona görə TREND dərmanını bir azacıq sakitləşdirmək üçün ayda 3 paçka veririk.
09 sentyabr 2015-ci il tarixində Bakı Baş Səhiyyə İdarəsinin Baş Psixatrı, professor Mərkəzin direktoru Fuad İsmayılovun təsdiq etdiyinə rəyə görə uşaq F-84, xəstəliyinə görə bu günədək 1-ci qrup əlil kimi qeydiyyata alınmışdır. İndi isə ədalətsiz və nəfsiiti tibb komissiyanın əsassız rəyi nəticəsində 3-cü qrup əlil kimi qiymətləndirirblər. Çünki həkimlər özləri də bilirlər ki, b Nəsibin bundan sonra sağalması və cəmiyyətə qarışması mümkün deyil. Əksinə, onun xəstəliyi get gedə ağırlaşır. Nəticədə özündən asılı olmayaraq öz valideynlərinə qarşı amansız və vəhşi hərəkətlər törədir. Heç cürə qarşısını ala bilmirik. Həkimlərin əsassız rəyindən isə nəticə çıxır ki, guya Nəsib Saatov artıq sağalmaq üzrədəir. Doğrudur, biz çox kasıb vəziyyətdə yaşadığımıza görə pulumuz olmur. Birtəhər çörək tapırıq. Hesab edirəm ki, ona görə də vicdansız həkimlər tərəfindən belə formada “cəzalandırıldıq”.
Cənab Səhiyyə naziri Teymur Musayev!
Xahiş edirəm ki, Siz bu ƏƏSMN-nin həkim komissiyasının “peşəkar” üzvlərinizi başa salasınız ki, sağalmaz xəstəlik diaqnozu qoyulan ( F84.1 üzrə Autizm xəstəsi olan Saatov Nəsib Vasif oğlunun müalicəsi mümkünsüzdür ki, sağalsın.
Tibbi komissiyanın belə bir ağır xəstənin 3-cü qrupa aid etməsi isə hesab edirəm ki, adi həkim adına təhqirdir, savadsızlıqdır, təxribatdır. Heç olmasa özünüzü orta təhsilli tib b bacısı kimi aparın, insanların heysiyyatı ilə oynamayın! Bir az Utanın.
Cənab Prezident! Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə müstəqil həkim komissiyası tərəfindən yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün rəyin verilməsinə və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza komissiyasının korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı üzrə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm. Sağ olun.
Aktualinfo.org