Üç ölkə Bakı və Ankaraya qarşı buna görə birləşir – Marxuliya

 

Azərbaycan özü tarixi ədaləti və hüquqlarını təmin edərək 44 günlük müharibədə Ermənistanın tərəfindən işğal altında saxlanılan torpaqlarını geri qaytardı və ermənilərin “böyük Ermənistan” yaratmaq ideyası sabun köpüyü kimi çökdü.

Bu sözləri müsahibəsində tarixçi-alim, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya söyləyib.

“Böyük hayların övladları” taleyin hökmünə boyun əyərək Azərbaycan ilə sülh müqaviləsi bağlamağa hazır idilər və bundan sonra sülh yolu ilə yeni dövlət quruculuğuna başlayacaqdılar. Lakin Cənubi Qafqazda geosiyasi maraqları olan Fransa İrəvana yeni ümidlər aşıladı. Məsələ burasındadır ki, Türkiyədən incimiş dövlətlər Fransanın nəzarəti altında bir araya toplaşdılar. Bunlar, ilk növbədə, Yunanıstan, Kipr və təbii ki, Ermənistan oldu. Aydındır ki, yunanları, erməniləri və fransızları türklərə qarşı tarixi düşmənçilik, geosiyasi oyunlar birləşdirir”, – professor bildirib.

Onun sözlərinə görə, onlar Hindistanı bu virtual birliyə qoşmaqlarına söz verirlər. Burada başlıca məqsəd Pakistana təsir etməkdir ki, bu da hələlik mümkün deyil. Türkiyəni və Azərbaycanı həm beynəlxalq, həm də ikitərəfli münasibətlərdə fəal şəkildə dəstəkləyən Pakistandır. Ona görə də onlar tarazlıq olsun deyə Hindistanı özlərinə qoşmaq istəyirlər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password