Novruz qabağı bu məhsulların qiymətləri sürətlə QALXACAQ

 

Hər il Novruz bayramı ərəfəsində qiymət artımları müşahidə olunur. Bəs bu il qiymət artımı necə olacaq?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli açıqlama verib

O bildirib ki, Yeni il və Novruz bayramı qabağı qiymətlər sürətlə artır:

“Azərbaycanda qiymət artımın rəsmi rəqəmlərlə ifadəsi azalmanın müşahidə olduğunu əsas verir. Amma vətəndaşlarda nədənsə belə bir hiss yoxdur ki, qiymətlərdə azalama var. Rəsmi rəqəmlər bunu deyir ki, Azərbaycanda inflyasiya azalıb. Ötən illər ərzində Azərbaycanda ikirəqəmli inflyasiya müşahidə olunurdu ki, bu da qiymətlərin artımında özünü göstərirdi. İndi isə statistika komitəsi inflyasiyanın 8 faizə düşdüyü bildirilib. Amma bu viziol olaraq vətəndaş tərəfindən görülmür. Azərbaycanda uzun illər monitoriqlar onu deməyə əsas verir ki, ölkədə Yeni il və Novruz bayramı qabağı qiymətlər sürətlə artır”.

İqtisadçı bunun səbəblərinə aydınlıq gətirib:

“Qiymət artımının obyektiv və subyektib səbəbləri var. Obyektib səbəb odur, məhsula tələbat artır. İnsanlar Novruz süfrəsinə hazırlıq görür. Tələb artdıqca, bu qiymətə təsir göstərir. Bu zaman yerli məhsulların bazarda azalmasını müşahidə edirik. Dekabr- May ayları ərəfəsində yerli məhsullar bazara daha az çıxarılır. Bu da qiymətlərə təsir göstərir. Son 15 ilin monitoriqləri onu deməyə əsas verir ki, qiymət artımı may ayına qədər davam edir. Daha sonra isə yerli məhsulların bazara çıxması, qiymətlərin azalmasına səbəb olur. Təqribən may və iyun aylarından başlayaraq qiymətlərin artımında səngimə müşahidə olunur. Noyabrın əvvəlinə qədər qiymətlərdə kəşkin artım görmürük. Sonra yenidən nobaybr ayından başlayaraq, yeni il qabağı qiymətlərdə kəskin artımın şahidi oluruq. Uzun illərdir Azərbaycanda belə bir alqoritm var. Uzun illərdin biz bu şəkildə qiymət artımı dalğalarını yaşayırıq. Bu ildə istisna deyil. Novruz qabağı qiymətlərin daha da sürətlə qalxdığının şahidi oluruq”/sonxeber.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password