İran simasını göstərir: Bakının bu cəhdi “təhlükəlidir”

 

Bu dəhlizin Ermənistan ərazisindən keçməsi İranın sərhədlərini və İrəvanla münasibətlərini məhdudlaşdırır və ölkəmiz üçün bir növ geosiyasi boğulma yaradır.

“Azad İran” Teleqram kanalı xəbər verir ki, bu barədə iranlı professor və xarici işlər nazirinin keçmiş müşaviri Məhəmmədmehdi Məzahiri deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi İranın “geosiyasi və regional maraqlarına” təsir göstərəcək:

“Zəngəzur dəhlizi İranın Ermənistanla sərhədə çıxışını aradan qaldırmaqla İranın geosiyasi və regional maraqlarına təsir göstərə bilər və ölkəmizi şimaldan cənuba və əksinə tranzit əməliyyatlarında yeni geosiyasi məhdudiyyətləri qəbul etməyə məcbur edə bilər. Regional və regiondankənar aktorların ölkəyə daxil olması, müdaxiləsi, Zəngəzur dəhlizi məsələsi və İranın sərhədlərində geosiyasi dəyişikliklərin mümkünlüyü səbəbindən Bakı ilə Tehran arasında strateji problemlər artıb”.

İran ərazisindən keçən yolun üstünlükləri haqqında danışan M.Məzahiri bildirib ki, Zəngəzur dəhlizinin açılması ciddi təhlükədir:

“Müxtəlif gərginlik və çağırışlara baxmayaraq, İran regionun digər dövlətlərini, xüsusən də Azərbaycanı öz təkliflərini qəbul etməyə razı sala bildi. Nəticə etibarı ilə bu çağırış İranın planı, yəni altı ölkənin – İran, Azərbaycan, Ermənistan, Rusiya, Gürcüstan və Türkiyənin iştirakı ilə 3+3 regional görüş formatında əməkdaşlıq və Azərbaycanla Naxçıvan arasında İran ərazisindən keçən Şərq-Qərb tranzit marşrutunun yaradılması ilə idarə olundu.

Ən ciddi təhlükə Azərbaycanın İranla əldə etdiyi razılaşmalardan üz döndərməsi və bu ölkənin Ermənistan ərazisindən Zəngəzur dəhlizini yenidən canlandırmaq cəhdidir”.

Qeyd edək ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşı inadla mübarizə apardığını heç vaxt gizlətmir. Əvəzində nəqliyyat dəhlizinin öz ərazisindən keçməsi ilə Ermənistanı özündən asılı vəziyyətdə saxlamağavə bununla da İrəvana siyasi təsirini davam etdirməyə, eyni zamanda Azərbaycanla Türkiyəni birləşdirən yola nəzarət etməyə çalışır//axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password