“Azəriqaz”da daha 4 yüksəkvəzifəli məmurun əvəzləndiyi bildirilir

Xəbər verdiyimiz kimi, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifədən kənarlaşdırıb.

SOCAR prezidenti Rövşən Nəcəfin əmrilə R.Əliyevin yerinə İB-yə bir il öncə müşavir kimi göndərilən və son vaxtlar baş direktor müavini vəzifəsini icra edən Məmmədov Azər Vəli oğlu təyin edilib. Qeyd olunur ki, Azər Məmmədov buna qədər “SOCAR Georgia Gas” şirkətinin direktoru vəzifəsini icra edib. O, 20 noyabr 1991-ci ildə Qarakənd yaxınlığında hərbi helikopter hadisəsi zamanı şəhid olmuş Azərbaycan dövlət xadimi, millət vəkli Vəli Məmmədovun oğlundur.
Məlumat verən mənbənin sözlərinə görə, “Azəriqaz” İB-də başqa dəyişikliklər də olub. Belə ki, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov, baş direktorun satış üzrə müavini Rəşad Cavadovun, idarəetmə aparatının istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayevin və İqtisadiyyat və Uçot Departamentinin rəisi Maarif Nəcəfovun da vəzifədən kənərlaşdırıldığı bildirilir.
Qeyd olunur ki, Azəriqaz İB-nin yeni baş direktorunun satış üzrə müavini vəzifəsinə Məmmədov Fuad Adil oğlu, baş direktorun satış üzrə müavini vəzifəsinə isə Abdullayev Nail Fuad oğlunun keçiriləcəyi gözlənilir.
Hər iki şəxs sabiq baş direktorun, yəni Ruslan Əliyevin müşaviri vəzifəsini icra edib./afn.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password