Astana və Bakı 300 milyonluq investisiya fondu yaradır

 

Qazaxıstan və Azərbaycan 300 milyon ABŞ dolları dəyərində investisiya fondu yaratmağı planlaşdırır.

Bu barədə “Samruk Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov deyib.

O bildirib ki, investisiya fondu hər iki dövləti maraqlandıran layihələri maliyyələşdirəcək.

“Fond, həmçinin Mərkəzi Asiya ölkələri, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə iqtisadiyyatlarının müxtəlif sektorlarında prioritet layihələrin maliyyələşdirilməsini təmin edəcək. Bu, Qazaxıstanın Azərbaycanla əməkdaşlığını gücləndirəcək və bizə gəlirlər gətirəcək. Çünki bu, sırf kommersiya əsaslı investisiya fondu olacaq”, – deyə Jakupov diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və “Samruk Kazyna” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Nurlan Jakupov “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk Kazyna” Səhmdar Cəmiyyəti arasında strateji tərəfdaşlıq Sazişi”ni imzalayıblar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password