Ermənilər üzümüzə tüpürürlər – Mixaylov hədələdi

 

Mişustinin Bakıya səfəri beynəlxalq ictimaiyyət üçün böyük siqnaldır. Bu, Rusiya ilə Azərbaycan arasında dərin əlaqələrin olduğunu göstərir. Moskva buna çox yatırım qoyur.

Bunu açıqlamasında rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov deyib.

“Bizim iki ittifaq müqaviləmiz var. İqtisadi və siyasi əlaqələri inkişaf etdiririk. Bu, ölkələr arasında yüksək etimadın göstəricisidir. Mişustinin səfəri bundan sonra hər iki ölkəyə bir-birinə zərər vermədən öz milli maraqlarına hörmət etməklə yeni inkişaf səviyyəsinə, dövlətlər üçün yeni gəlir səviyyəsinə çatmağa imkan yaradacaq müqavilələr imzalamağa imkan verəcək. Bu, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətlərini daha da dərinləşdirəcək”, – politoloq bildirib.

Politoloq Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayevin Bakıya səfərindən sonra onun İrəvana səfərinin baş tutmamasına təəccüblənmir:

“Görünən odur ki, Ermənistanın davranışlarından, hərəkətlərindən hiddətlənirik. Üstəlik, bu yaxınlarda Paşinyanın Borrellə məktubu ilə bağlı sənəd “sızdırılıb” və o, NATO ölkələrindən birbaşa maddi-texniki və hərbi dəstək istəyir. Ermənistan əsl üzünü göstərdi. Əslində keçmiş müttəfiqimizin bizə xəyanət etdiyini görürük. Bunun fonunda İrəvana səfərləri necə etmək olar? Hər gün Ermənistan mətbuatında Rusiya XİN-in, Zaxarovanın, Lavrovun hərəkətləri ilə bağlı tənqidlər görürük. Ermənilər əslində bizim üzümüzə tüpürürlər. Sözün əsl mənasında bu yaxınlarda bildirdim ki, Ermənistandansa, Azərbaycana silah satmaq bizim üçün daha yaxşıdır. Bu da düzgündür, çünki Ermənistan artıq Rusiyanın ziyanına hərəkət edir. Təbii ki, bütün bunlardan sonra Azərbaycanla münasibətləri yaxşılaşdıracağıq. Münasibətlər hələ öz zirvəsinə çatmayıb və hər şey yalnız inkişaf edir”.

Mixaylovun sözlərinə görə, Mişustinin Bakıda xüsusi həssaslıqla qarşılanması Azərbaycanın Rusiya ilə münasibətlərə verdiyi önəmi göstərir:

“Bakı göstərir ki, o, real müttəfiqdir və Ermənistandan fərqli olaraq bütün istiqamətlərdə dialoq qurmağa hazırdır. Biz Rusiyada Azərbaycanın yüksək rütbəli şəxsləri ilə eyni xüsusi diqqətlə görüşmüşük və bundan sonra da görüşəcəyik. Münasibətlərimizdə yeni mərhələyə qədəm qoyduq. Moskva və Bakı birlikdə Cənubi Qafqazda çox şey həll edə bilər. Onlar həll edəcəklər və həll edirlər. Ermənistan Moskvaya qulaq asmamaqla çox şey itirdi. İndi o, Ermənistandakı NATO nümayəndələrinin dağıdıcı fəaliyyətinin bəhrəsini görəcək. Tezliklə erməni mallarının Rusiya ərazisinə girişini bağlasaq, təəccüblənmərəm. İrəvanın antirusiya ritorikası üzərində təsir rıçaqlarımız var. Təbii ki, erməni xalqına yazığımız gəlir, amma İrəvanın bu siyasəti davam edərsə, yaxşı heç nəyə səbəb olmayacaq”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password