Çempionlar Liqası: “Mançester Siti” və “Real” 1/4-də – VİDEO

 

UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçirilib.

Günün qarşılaşmaları İngiltərə və İspaniyada baş tutub.

Turnirin son qalibi “Mançester Siti” doğma azarkeşləri önündə Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkib. Rəqibini səfərdə 1:3 hesabı ilə məğlub edən “şəhərlilər” cavab görüşündə də eyni nəticə ilə üstün olublar – 3:1 (6:2).

ÇL-in ən titullu komandası “Real Madrid” də Almaniya “Leypziq”i ilə ev matçına çıxıb. İspaniya nəhəngi səfərdə qazandığı 0:1 hesablı qələbənin sayəsində mərhələ adlayıb. Belə ki, kral klubu doğma azarkeşləri önündə almanlarla sülh bağlayıb – 1:1. Lakin iki oyunun nəticəsinə görə (2:1) məhz “Real” yoluna davam edib.

Qeyd edək ki, daha əvvəl “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password