Azərbaycanda hansı banklar BAĞLANA BİLƏR

 

Məlum olduğu kimi, “Günay” və “Mugan” bankları bağlanıb. Təbii ki, bu bankların fəaliyyətlərini dayandırması əhali arasında tışviş yaratdı. Bu baxımdan vətəndaşlar kreditlərin ödənilməsi, o cümlədən əmanətlərin qorunması baxımından banklara etibar etmir. Bəs Azərbaycanda hansı banklar bağlanma təhlükəsi ilə üz-üzədir?

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov açıqlamasında deyib ki, Azərbaycanda bir müddət 90-cı illərin əvvəllərində bank sistemləri ilkin olaraq həyata keçirildi. Nisbətən iqtisadiyyat güclənməyə doğru getdikcə, digər banklar formalaşmağa başladı və köhnələr sıradan çıxdı. Yeni bankların formalaşması 90-cı ildən sonra başlandı:

“Burada xüsusilə Mərkəzi Bankın Azərbaycan Respublikasının “Bank fəaliyyəti haqqında” qanunvericiliyin, “Bank və bank olmayan kredit təşkilatları haqqında” qanunvericilik ortaya çıxdı. Müəyyən inkişaf mərhələsi getdikcə, onlara yeniliklər əlavə edilməyə başladı. Günay, Muğan banklarının bağlanmasının səbəbi həmin qanunvericiliyin tələblərinə, Mərkəzi Bankın təlimatlarına və reqlamentlərinə, müəyyən edilmiş standartlara zidd olaraq fəaliyyəti ilə bağlıdır. Azərbaycanda bank fəaliyyəti, xüsusilə sonuncu devalvasiyadan sonra inkişafa doğru getdi. Əvvəllər bir sıra banklar var idi. Bank sektorunu 10 il əvvəlki ilə müqayisə etsək, görərik ki, xeyli inkişaf etmişik və yeni texnologiyaların tətbiqi keçirilir. Müştərilərin maraqlarının müdafiəsi daha da gücləndirilib. “3D secure” sistemi dünyada və Azərbaycanda tətbiq olundu. Bundan başqa əmanətlərin qorunması istiqamətində bir sıra qanunverici sənədlər qüvvəyə mindi. O cümlədən əmanətlərin sığortalanması ilə bağlı məsələlər ortaya çıxdı.

Ekspertin sözlərinə görə, bankların bağlanması əhali arasında təşviş yaranmasına gətirib çıxardı. Bunu da təbii qəbul etmək olar. Amma, faiz məsələlərini kənara qoysaq, digər məsələlər üzrə bank sektoru normal fəaliyyət göstərir:

“Həmin banklar müəyyən olunmuş qaydalardan kənara çıxmalarına görə bağlandı. Nizamnamə kapitalı ilə bağlı müəyyən qaydalar var idi. Onlara əməl etmədilər. Əmanəti məsələləri ilə bağlı həyata keçirməli olduqları öhdəliklər var idi. Onları yerinə yetirmədilər. Ancaq Azərbaycanda elə banklar var ki, adları dəyişsə də 100 ildən çox fəaliyyət göstərir. Bu istiqamətdə düşünürəm ki, belə bir sıxıntı olmaz. Hal-hazırda praktikada müxtəlif banklar var. Ən azından hamımız plastik kartlardan istifadə edirik. Bunun hansının yaxşı yaxud pis olduğunu görürük. Plastik kartlardan istifadə edən vətəndaş hansı bankın xidmətinin yaxşı yaxud aşağı olduğunu bilməkdə çətinlik çəkmir. Plastik kartdan istifadə zamanı faiz tutulmalarında, köçürmələr fonunda bilmək olur ki, bu xidmətlər təkmil həyata keçirir. Eyni zamanda banklarda əmanətlərin qorunması məsələsində bu proseslər özünü göstərir”./sonxeber.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password