Çempionlar Liqası: “Bavariya” sensasiyaya imkan vermədi, PSJ Mbappenin dublu ilə sevindi – VİDEO

 

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

İlk oyun günündə iki matç keçirilib.

Almaniya çempionu “Bavariya” İtaliya “Latsio”sunu qəbul edib. Romadakı ilk görüşdə italyanlar gözlənilmədən qələbə qazansalar da (1:0), Münhen təmsilçisi doğma meydanda sensasiyaya imkan verməyib və 3 cavabsız qol vurmaqla cütün taleyini həll edib – 3:0 (3:1). Dubla imza atan Keyn komandasının uğurunda böyük pay sahibi olub.

Digər oyunda Fransanın PSJ kollektivi İspaniyada “Real Sosyedad”la qarşılaşıb. İlk görüşdə 2:0 hesabıyla qalib gələn Paris klubu səfər matçında da üstün olub. Mbappenin dublu qonaqların mərhələ adlamasına şərait yaradıb – 1:2 (1:4).

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password