ABŞ-nin təhlükəsizlik rəsmisi saxlanıldı – Ukrayna ilə bağlı gizli məlumatları tanışlıq saytında…

 

ABŞ Strateji Komandanlığında məxfi şöbədə təhlükəsizlik rəsmisi kimi çalışan sabiq polkovnik-leytenant David Franklin Slater Rusiya-Ukrayna müharibəsi ilə bağlı gizli məlumatları sızdırmaqda ittiham olunur.

“CNN” xəbər verir ki, 63 yaşlı keçmiş general bu məlumatları tanışlıq saytlarının birində tanış olduğu qadına ötürüb.

Prokurorların dediyinə görə, Slater 2022-ci ilin fevralından aprel ayına qədər Ukraynadakı müharibə ilə bağlı bir neçə məxfi brifinqdə iştirak edib. Daha sonra Slater bu birfinqdə əldə etdiyi məxfi məlumatları Ukraynada yaşadığını iddia edən bir qadına göndərib. İttiham aktına görə,onlar e-poçt və xarici tanışlıq veb-saytının mesajlaşma bölməsi vasitəsilə əlaqədə olublar.

 

 

 

ABŞ Ədliyyə Departamentindən verilən məlumata görə, Slater şənbə günü həbs edilib. İttihama görə, Slaterin ünsiyyət qurduğu şəxs mesajlarda ondan “mənim gizli agentim” kimi bəhs edib və brifinqlərdəki gizli məlumatlarla bağlı ona müxtəlif suallar ünvanlayaraq, görüşləri məqsədini öyrənməyə çalışıb. Qeyd olunur ki, həmin şəxs təxminən 2 ay ərzində Slaterdən bu formada məlumat toplayıb.

Ədliyyə Departamentinin Milli Təhlükəsizlik Departamentindən Baş prokurorun köməkçisi Metyu Olsen deyib ki, Slater ölkəsinin təhlükəsizliyinə və onun sirlərini qoruyacağına dair andına açıq-aşkar etinasızlıq göstərərək, məxfi məlumatları bilərəkdən başqa şəxsə ötürüb.

Bildirilir ki, Slateri 30 ilə qədər həbs və 750 min dollara qədər cərimə gözləyir.

Məlumat üçün bildirək ki, sabiq general 30 ildən çox ABŞ ordusunda xidmət göstərib. O, 1981-ci ilin avqustundan 1984-cü ilin avqustuna qədər və 2008-ci ilin iyulundan 2020-ci ilin dekabrına qədər həqiqi hərbi xidmətdə olub. 1984-cü ilin dekabrından 2008-ci ilin iyulunadək Ordu Ehtiyatında xidmət edib. 2020-ci ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxıb. Səkkiz ay sonar isə Slater nüvə silahı ehtiyatına komandanlıq və nəzarət üçün cavabdeh olan ABŞ Strateji Komandanlığının Nebraskadakı Offutt Hərbi Hava Qüvvələri bazasında çalışmağa başlayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password