Ermənistanın məkrli planını puç edən ultimatum

 

Fevralın 28-də sərhədi azıb Ermənistan tərəfə keçmiş əsgərimiz Pənahov Ruslan Eldəniz oğlu haqda bu ölkənin İstintaq Komitəsində dərhal cinayət işinin açılması qarşı tərəfin kəmfürsətliyindən başqa bir şey deyildi. Özü də birdən-birə 5 absurd və ağır maddə üzrə.

Həmin maddələrə görə, sanki sərhədi azıb keçən 19 yaşlı bir sıravi Azərbaycan əsgəri deyil, üstündəki qanunsuz silah-sursat arsenalı ilə erməniləri “soyqırımına” məruz qoymaq, qırıb-çatmaq istəyən bir diversant, faşist və terrorçudur.

Bu növbəti erməni həyasızlığının Almaniyada böyük fasilədən sonra sülh danışıqlarının yeni raundunun başladığı günə təsadüf etməsi də sıradan bir hadisə deyildi. Halbuki analoji hallarda Bakı dəfələrlə və dərhal erməni hərbçilərini geri qaytarıb. Biz isə İrəvandan bundan fərqli bir ssenariyə şahidlik etdik.

Düzü gözlənilən idi. Düşmənçiliyindən əl çəkməyən bir dövlətdən fərqli, insani davranış gözləmək sadəlövhlük olardı. İstisna edilmirdi ki, erməni tərəfi bu dəfə də hərbçimizə qarşı qondarma məhkəmə qurub “iş” kəsmək planları qurmuşdu. Lakin Azərbaycan dövləti növbəti dəfə Ermənistanın bu planlarını puç etdi. Azərbaycan dövlətinin qətiyyəti və ciddi xəbərdarlığı qarşısında Ermənistan hökuməti növbəti dəfə baş əyməyə məcbur oldu.

İrəvan guya xoşməramlılıq əlaməti olaraq və Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşma ilə azan hərbi qulluqçumuz Pənahov Ruslan Eldəniz oğlunun geri qaytarılmasını həyata keçirdi. Əsgərimizin geri qaytarılması dövlətimizin əsgər taleyinə heç vaxt biganə qalmadığının daha bir göstəricisidir.

Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, heç bir vətəndaşını, hərbçisini darda qoymayacaq və onlara yardım göstərmək, geri, Vətənə qayıdışını təmin etmək üçün bütün zəruri tədbirlər görüləcək. Əsgərimizin geri qaytarılması Azərbaycan dövlətinin qətiyyəti, Ermənistana verilmiş ultimatumun nəticəsidir.

Ermənistan iki ölkə arasında sülh danışıqlarına növbəti dəfə mane olmaq, prosesi dalana dirmək üçün bu cür xırda “foullardan” yararlanmaq niyyətini gizlədə bilməsə də, Azərbaycan dövləti yenə edəcəyini etdi. Və nəticədə Ermənistanın bu haldan siyasi manipulyasiya vasitəsi kimi istifadə etmək planlarını ürəyində qoydu. Bununla da Ali Baş Komandan Azərbaycan Ordusunun hər bir üzvünün təhlükəsizliyinin qarantı olduğunu bir daha sübut etdi. Heç şübhəsiz ki, ssirlərimizin qaytarılması Ali Baş Komandan olaraq Prezident İlahm Əliyevin Ordusuna, onun hərbçilərinə verdiyi yüksək dəyərin göstəricisidir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password