Berlindən sonra səkkiz kənd: Mövcud variant

 

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Berlindəki görüşündən sonra iki ölkənin nəyə hazırlaşdığı maraq doğurur.

Azərbaycanın Ermənistanın xeyrinə edə biləcəyi əsas hərəkət İrəvanı sülh və təhlükəsizlik adasına çəkmək, öz şərtlərini İrəvana qəbul etdirib ona müəyyən zəmanətlər verməklə yekunlaşa bilər.

Ermənistan isə kompromis kontekstini Bakının genişmiqyaslı tələbləri əsasında qura bilər və yəqin ki, bunun mərhələli variantları barədə mövzular gündəmə gələcək.

İndi üçün isə əsas məsələ Ermənistanın Qazaxın yeddi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı Kərki kəndinin geri qaytarılmasını təmin edən aspektləri əhatə edir.

Yayılan məlumatları təhlil etsək, deyə bilərik ki, ümumilikdə səkkiz kəndin geri qaytarılmasının müzakirələri mərhələli həll variantı formasında diqqətdə saxlanılır.

Plana əsasən, ilkin mərhələdə Qazaxın dörd kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli), ikinci etapda isə Qazaxın Sofulu, Yuxarı Əskipara, Bərxudarlı kəndlərinin və Naxçıvandakı Kərki kəndinin qaytarılması müzakirə olunur.

Bununla belə, mərhələli həll paketi variantının praktiki olaraq gerçəkləşməsi bir qədər suallar yaradır.

Çünki:

– Ermənistan bundan əvvəl Azərbaycandan 32 kənd “geri” istəyib, hərçənd ki, bunun özü qeyri-adekvatdır və nəyi əhatə etdiyi bilinməyən yanaşmadır;

– Baş nazir Nikol Paşinyanın kəndləri qaytarmaq müqabilində Azərbaycanın qoşunlarını sərhəddən geri çəkməsini istəyə bilər. Ermənistan mediasında çıxan məlumatlar da Paşinyanın niyyətinə ictimai dəstək qazandırmaq məqsədi daşıyır. Azərbaycan isə sərhəddən nəinki qoşunlarını geri çəkmək, əksinə, mövqelərini daha da möhkəmləndirmək çağırışlarını icra edir.

Nəticə etibarı ilə Ermənistan qeyd edilən həmin istiqamətlər üzrə qeyri-müəyyənlik göstərsə və bunu vaxt qazanmaq üçün real rejimə kökləsə, Azərbaycan fərqli həll mexanizmini işə sala bilər.

Lakin fərqli bir plan – güc tətbiqi yolu ilə ərazi təmini – Azərbaycanın cari gündəliyində yer almır. Çünki Bakı Berlində keçirilən danışıqların Ermənistana verə biləcəyi şüuru təhlil edir.

İrəvanın şüurunda dəyişiklik olmasa, perspektivdə Bakı alternativ variantlarının praktiki təzahürlərini göstərə bilər./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password