Hikmət Mirzəyev 56 yaşında – VİDEO

 

Bu gün əfsanəvi general, Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı Hikmət Mirzəyevin 56 yaşı tamam olur.

Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvarda anadan olub.

O, Birinci və İkinci Qarabağ müharibələrində iştirak edib.

1992-ci ildə Xocalıda Fərrux yüksəkliyini azad etmək üçün aparılmış hücum əməliyyatında kapitan kimi döyüşüb. 33 yaşı olarkən ümummili lider Heydər Əliyev tərəfindən general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

2018-ci ldə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi parada məhz general Mirzəyev başçılıq edib.

XTQ də elə məhz Hikmət Mirzəyevin öz təşəbbüsü ilə yaradılıb. XTQ döyüşçüləri Vətən Müharibəsi zamanı Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad edib. Şuşa əməliyyatında isə XTQ məhz yaxın döyüş bacarıqlarının üstünlüyü sayəsində düşməni şəhərdən çıxarmağı bacarıb.

Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə olunub. II Qarabağ müharibəsində general Mirzəyevin rəhbərliyi altında Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrin gücündən aktiv şəkildə istifadə edilib.

Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan Mirzəyev Cəbrayıl və Şuşanın işğaldan azad edilməsinə komandanlıq edib.

II Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Hikmət Mirzəyev “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

“Qafqazinfo”nun bu il yanvarın 12-də H.Mirzəyevin nazir müavini təyinatı ilə bağlı hazırladığı videonu bir daha təqdim edirik:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password