Azərbaycanla bağlı “qərar”a Türkiyənin reaksiyası: Cavabımız belə olacaq

 

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə mahiyyəti olmayan kağız parçasıdır. Reallıqdan uzaq tamamilə qərəz üzərində qurulmuş bu qətnamələri pisləyirik. Bu “qərar” Avropa Parlamentinin imicini heçə endirir. Fakt isə odur ki, bu təşkilatın bir çox deputatları bəzi maraqlar qarşılığında Azərbaycana yönəlmiş qərəzli qərarların qəbulunda iştirak edir.

Bunu Türkiyənin Azərbaycandakı sabiq fövqaladə və səlahiyyyətli səfiri “İMZA” ictimai birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O qeyd edib ki, 30 il Ermənistanın işğalında qalan Azərbaycan torpaqları və bir milyondan artıq qaçqın və məcburi köçkünlə bağlı heç bir qərar qəbul etməyən Avropa Parlamentinin indiki yanaşmaları mənasızdır:

“Belə bir qurumun qərəzli qərar qəbul etməsi təəssüf doğurur. Buna baxmayaraq Azərbaycan öz yolunda uğurla gedir. Belə qərəzli qərarlar Azərbaycanı yolundan döndərə bilməyəcək”.

Sabiq səfir bildirib ki, Avropa Parlamenti iki il öncə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Bakıda səfərdə olarkən Azərbaycandan qazla bağlı xahişi haqqında reallıqları unutmamalıdır:

“Hətta Azərbaycanın digər türk dövlətlərindən daha çox qaz göndərməsi üçün vasitəçi olması da xahiş edilmişdi. Avropa İttifaqının prezidenti Şarl Mişelin bu yaxınlarda Azərbaycandakı prezident seçkilərindən sonra Prezident İlham Əliyevi zəng edib təbrik etməsini də hər kəs bilir”.

Hulusi Kılıç söyləyib ki, hazırda Almaniyanın ev sahibliyi ilə Azərbaycanla Ermənistan arasındakı sülh prosesi davam edir:

“Berlinin danışıqlara ev sahibliyinə Avropa Parlamentinin “qərar”larının təsiri olmayacaq. Avropa Parlamenti isə Cənubi Qafqazda sülhün formalaşmasında maraqlı deyil. Onlar müharibə tərəfdarıdır. Həmçinin Azərbaycan-Türkiyə əlaqələrinin indiki səviyyəsi Avropada bəzi dairələri narahat edir. Azərbaycan-Türkiyə qardaşlığının oxşarı yoxdur. Türkiyənin sərhədlərini kimlər necə nəzarətdə saxlamaq istəyir-istəsin Azərbaycanla bir dövlət, bir millət olmuşuq. Ona görə də, hər kəs nə iş gördüyünü bilməlidir. Artıq yeni reallıq formalaşıb. Bu reallığa uyğun hərəkət etməyənlər geridə qalacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password