Rus qoşunu hərəkətləndi, Həsənov Şoyquya zəng etdi?

 

Erməni mediası Rusiyanın müdafiə naziri Sergey Şoyqunun azərbaycanlı həmkarı Zakir Həsənovla telefon danışığı apardığı haqda məlumat yayıb.

Erməni mediası məlumatın mənbəyi kimi “RİA Novosti”ni də göstərib.

İddia edilib ki, telefon danışığı Zakir Həsənovun təşəbbüsü ilə baş tutub.

“Söhbət zamanı ikitərəfli əlaqələr və əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə edilib.

Şoyqu cümə günü başlayan qoşunların döyüş hazırlığının qəfil yoxlanılması barədə Zakir Həsənova məlumat verib. O, bu hadisənin proqram xarakterli olduğunu və heç bir halda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı olmadığını vurğulayıb”, – məlumatda qeyd edilib.

Araşdırmalarımız zamanı bəlli oldu ki, Rusiya Müdafiə Nazirliyinin saytında son günlər Şoyqu ilə Həsənov arasında bu mövzuda hər hansı telefon danışığının olması barədə məlumat yoxdur.

RİA-nın sözügedən xəbəri isə 2020-ci ilin 18 iyuluna aiddir. Həmin vaxt Tovuz hadisələri baş vermişdi və Rusiya lideri Vladimir Putinin 17 iyul tarixli əmri ilə Rusiyanın Cənub və Qərb hərb dairələrində döyüş hazırlığına başlanmışdı. Sözügedən telefon danışığı zamanı Şoyqu Zakir Həsənovu bu təlimin planlı olduğu və həmin ərəfədə Tovuz rayonu istiqamətində erməni təxribatı ilə heç bir əlaqəsi olmadığını bildirmişdi.

Çox maraqlıdır ki, erməni mediası az qala 4 il əvvəl olan bir xəbəri yeniymiş kimi dövriyyəyə buraxır. Bu, erməni mediasının növbəti informasiya təxribatı sayıla bilər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password