Korotçenko: Xocalı soyqırımında təqsirli olan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi zəruridir

 

Xocalı soyqırımında təqsirli olan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi, tarixi ədalətin bərpası vacibdir.

Bunu Rusiyanın  “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi beynəlxalq hüquq baxımından Azərbaycan xalqının soyqırımıdır. Erməni hərbçiləri amansız qırğın nəticəsində 613 azərbaycanlını – qadınları, qocaları və uşaqları qətlə yetiriblər. Xocalı soyqırımına görə günahkar olan hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi, tarixi ədalətin bərpası zəruridir”, deyə Rusiya hərbi ekspert Teleqram hesabındakı paylaşımında qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password