“Binance” çirkli pulların yuyulmasına görə ABŞ-yə 4,3 milyard dollar ödəyəcək

 

ABŞ-nin Sietl (Vaşinqton ştatı) məhkəməsi “Binance” kriptovalyuta birjasının iqtisadi cinayətlərə görə ölkə hakimiyyətinə 4,3 milyard dollar ödəyəcəyi müqaviləni təsdiqləyib.

Bu barədə “Bloomberg” xəbər verir.

2023-cü ilin noyabrında ABŞ səlahiyyətliləri “Binance” kriptovalyuta birjasına “Bank sirri haqqında” Qanunu pozduğuna, çirkli pulların yuyulmasına, lazımi qeydiyyatın olmamasına və sanksiyalardan yayındığına görə 4,3 milyard dollar ödəmək barədə qərar qəbul edib. Şirkət təqsirini etiraf edib və göstərilən məbləği ödəməyə razılaşıb. “Bu, şirkətin etikasının tamahkarlıqla pozulduğu bir işdir”, – agentlik sövdələşməni təsdiqləmək üçün keçirilən iclasda hakim Riçard Consun sözlərini sitat gətirib.

Müqavilənin şərtlərinə görə, kriptovalyuta birjasına da beş il ərzində müstəqil firma nəzarət edəcək.

ABŞ-nin Ədliyyə Nazirliyi “Binance”nin təsisçisi və baş direktoru Çanpen Çjaonun çirkli pulların yuyulmasına qarşı effektiv proqramını həyata keçirməməkdə təqsirini etiraf etdiyini bildirib. Çanpen Çjao “Binance”nin baş direktoru vəzifəsini tərk edib və onun yerinə regional bazarların keçmiş rəhbəri Riçard Tenq təyin olunub.

“Bloomberg” qeyd edib ki, Çjaonun il yarım həbs cəzası alacağı və təxminən 50 milyon dollar cərimə ödəyəcəyi gözlənilir.

Qeyd edək ki, “Binance” kriptovalyuta birjası dünyanın rəqəmsal aktivlərin ticarəti üçün aparıcı sistemidir. 2017-ci ildə çinli Çanen Çjao tərəfindən təsis edilib. 2021-ci ildə Çin səlahiyyətliləri “Binance” veb-saytını və mobil tətbiqini bloklayıblar ki, bu da hökumətin ölkədə kriptovalyuta əməliyyatları xidmətlərinin göstərilməsi ilə mübarizə üçün növbəti addımı olub./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password