Tələ belə qurulur: Ermənistan vətəndaşlarımızı necə şərləyə bilər?

 

Kamil Zeynallıya qarşı qeyd olunan iddiaların absurd olmasını qeyd etmişdim. O, müharibədə hər hansı formada iştirak etməyən, hərbçi olmayan şəxsdir. Hakimiyyətdə də təmsil olunmayıb. Amma ona qarşı müharibə cinayətləri maddələri ilə cinayət işi açılmışdı.

Bu sözləri açıqlamasında Kamil Zeynallının Rusiyada qısa müddətə saxlanılmasına münasibət bildirən hüquqşünas Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistan indiyə qədər bizim vətəndaşlara qarşı yüzlərlə belə işlər açıb:

“Həmçinin bizdə də hələ Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazisində soyqırımı, insanlıq əleyhinə və hərbi cinayət törətmiş yüzlərlə erməniyə qarşı, o cümlədən sonradan siyasi rəhbərlilikdə olan ermənilərə qarşı belə cinayət işləri açılıb və barələrində axtarış elan edilib. Amma indiyədək tərəflərin qaldırdığı cinayət işləri ilə bağlı yaxalanan olmayıb. Kamil Zeynallı məsələsinin də hüquqi yox, siyasi yanaşma olması ehtimalını qeyd etmişdim. Artıq sərbəst buraxılıb. Burada vacib məqam isə Ermənistan tərəfindən qeyri-hüquqi prosesin əsasının qoyulmasıdır. Ermənistanın hər absurd cinayət işi ilə bağlı vətəndaşlarımızı MDB ölkələrində saxlasalar, bunun axırı yaxşı olmayacaq”.

Hüquqşünas qeyd edib ki, Ermənistan 1 fevral tarixindən etibarən Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası altındadır:

“Ermənistan Rusiya ilə qarşıdurmaya gedərək bu məhkəmənin statutuna qoşulubsa, deməli, uzağa gedən məkrli planları var. Və onu heç gizlətmirlər. Ermənistanla şərti sərhəddə də təxribatların intensivləşməsi təsadüfi deyil. Onlar bizim erməni təxribatçılarına cavabımızdan sonra bu cür yola əl atıblar. Bundan sonra da bu cür saxta, əsassız cinayət işləri açacaqlar. İddia edəcəklər ki, guya Ermənistanın suveren ərazilərinə daxil olmuşuq (təcavüz cinayəti), mülki obyektləri məhv etmişik (hərbi cinayət), erməni mülki şəxslərini qəsdən öldürmüşük (əsaslandırmadan asılı olaraq hərbi və ya insanlıq əleyhinə cinayət). Belə təxribatlar zamanı erməni hərbçilərini əsir götürsək, o zaman onlarla davranışda işgəncə və ya pis rəftar halına yol verilməsi ilə bağlı əsassız hay-küy salıb yenə cinayət işi (insanlıq əleyhinə) başlayacaqlar”.

Sahib Məmmədov hesab edir ki, BCM prokuroru da onların qurama cinayət işlərini əsas götürüb cinayət işlərinə başlasa, o zaman barəsində cinayət işləri başlamış vətəndaşlarımız ən azı dünyanın 140 ölkəsinə, üstəgəl Aİ üzvü olan dövlətlərə səfər edə bilməyəcək:

“Ona görə də, bu həmləyə hazır olmalıyıq və əks tədbirlər görməliyik. Heç bir halda da BCM-nin Roma Statutuna qoşulmalı deyilik. Hazırda Ermənistan bizi həm də bu təxribata çəkmək istəyir. Erməniliyin başqa bir məqsədi də Azərbaycanın müharibə cinayətlərində ittiham etdiyi və hazırda istintaq altında olan şəxsləri geri almaqdır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password