Metyu Miller: “Blinken hesab edir ki, İrəvan və Bakı arasında sülh əlçatandır”

 

“ABŞ dövlət katibi Entoni Blinken hesab edir ki, İrəvan və Bakı arasında sülh əlçatandır”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, Blinken bunu Münhendə Azərbaycan və Ermənistan liderləri ilə görüşdə müzakirə edib:

“Biz sülhün əldə edilməsi üçün ABŞ-ın yardım və dəstəyini təklif etməyə davam edəcəyik”-deyə, o bildirib.

Qeyd edək ki, fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.

Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password