Vahid Əhmədov referendumdan danışdı: İcra hakimiyyətlərinin ləğvi, Qarabağda yeni sistem…

 

Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycanın qarşısında duran prioritet sahələri bəyan etdi. Ölkə başçısı Ordunun təchizatı, müasir silahların alınması, hərbi təlimlərin keçirilməsi ilə bağlı vəzifələri qeyd etdi. Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin qurulması önə çəkildi. Sosial layihələrin icra edilməsi, regionlarda yeni iş yerlərinin açılması ilə bağlı konkret hədəflərdən bəhs olundu.

Bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O qeyd edib ki, artıq yeni hökumət formalaşıb:

“Milli Məclisdə yeni baş nazirin təsdiq edilməsi zamanı da bu məsələlər müzakirə olundu. Baş nazir də bu istiqamətdə görüləcək işlərə toxundu. Millət vəkili olaraq parlamentdə ölkəni narahat edən məsələləri qaldırmışıq. Bu, regionlarda iş yerlərinin açılması ilə bağlı vacib məqamlardır. Ölkə üzrə 14 iqtisadi rayonda xüsusi proqramın işlənib hazırlanması ilə yeni iş yerlərinin yaradılması mümkündür”.

Millət vəkili bildirib ki, bu layihələrin icrası nəticəsində iki-üç ildən sonra bölgələrdə nə qədər iş yerlərinin açılacağını müəyyənləşdirmək olar:

“Artı yeni hökumət təsdiq edilib. Faktiki olaraq hökumətin tərkibində ciddi dəyişiklik yoxdur. Amma yeni hökumətdən kifayət qədər ciddi gözləntilər var. Ciddi islahatlar həyata keçirilməlidir. Referendumun olması da mümkündür. Müəyyən məsələlər həll olunmalıdır. Xüsusilə idaretmə prinsipində dəyişikliklər edilməlidir”.

Vahid Əhmədova görə, regional və mərkəzi icra hakimiyyətləri ilə əlaqədar müəyyən struktur dəyişikliklərinə getməyə ehtiyac var:

“İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda ölkə iqtisadiyyatına təsir edəcək layihələr icra olunmalıdır. Bu bölgənin əhəmiyyəti böyükdür. Münbit torpaqları, təbii imkanları olan həmin bölgədə taxılçılıq, üzümçülüklə yanaşı, emal müəssisələrinin yaradılması mümkündür. Artıq sənaye parkları tikilir. Əslində son üç ildə burada görülən işləri başqa dövlətlər on ilə görə bilməz. Bölgədə görülən işlər dövlət başçısının diqqətindədir. Prezident İlham Əliyev Türkiyədə səfərdə olarkən Şuşada Türk Dövlətlər Təşkilatının növbədənkənar iclasının keçiriləcəyini açıqladı. Bütün bunlar bölgəyə diqqətin daha da artmasına imkan yaradan amillərdir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password