Ramazan ayının təqvimi açıqlandı

 

Azərbaycanda Ramazan ayı martın 11-də başlayacaq.

Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

İdarənin təqviminə əsasən, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir.

“Qafqaz Müsəlmanları İdarəsindən Rəsadxanaya verilmiş sorğu əsasında deyə bilərik ki, bizdə olan təqvimə görə, mart ayının 11-i Ramazan ayının ilk günüdür. Aprel ayının 10-u isə bayram gözlənilir”, – QMİ bildirib.

Qeyd edək ki, Türkiyə Dəyanət İşləri Nazirliyi də 11 martın Ramazanın ilk günü olduğunu elan edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password