Azərbaycanla bağlı fikir dəyişdi – Rəsmən imtina edirlər

 

Ermənistanın hakim komandası sürətlə Konstitusiyaya dəyişikliklə bağlı referenduma hazırlaşır.

Bunu erməni jurnalist Armen Qalstyan deyib.

Jurnalist xatırladıb ki, bu günlərdə Ermənistan Ədliyyə Nazirliyində Konstitusiya İslahatları Şurası və Referendum Komissiyasının birgə iclası keçirilib:

“İclasda Baş nazir Nikol Paşinyanın iştirakı ilə Konstitusiyaya dəyişiklik prosesi ilə bağlı müzakirənin təşkili barədə qərar qəbul edib. Mənbəmizin bildirdiyinə görə, yeni Konstitusiyanın ictimaiyyətə açıqlanacaq mətni həmin müzakirədə Paşinyana təqdim olunacaq və bunun üzərində işləmək üçün ona çox qısa müddət veriləcək.

Demək olar ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası yeni Konstitusiya layihəsini tamamlayıb, yəni mətn hazırdır. Məlumata görə, referendum mayın sonu – iyunun əvvəlində keçirilə bilər”.

 

Qalstyanın iddiasına görə, Ermənistan rəhbərliyi elə həmin gün erkən parlament seçkiləri də keçirməyə hazırlaşır:

“Hər ikisini bir yerdə reallaşdırmağa, ilk növbədə səsvermədə lazımi iştirak faizini təmin etməyə, həm də parlament seçkilərində qalib gəlməyə çalışacaqlar. Paşinyan bu məqsədlə xaricdən siyasi texnoloqlar da dəvət edib, onlar kampaniyanın ümumi terminologiyasını işləyib hazırlayacaq və ictimaiyyəti yeni Konstitusiyanın qəbulu və hakim partiyanın seçilməsinə inandırmağa çalışacaqlar”.

Ermənistanın yeni Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olmayacağı gözləntisi var. Söhbət bu bədnam iddiaların yer aldığı Ermənistanın Müstəqillik Aktına istinadın Konstitusiyadan çıxarılmasından gedir. Bu, həm də mümkün sülh müqaviləsinin dayanıqlı olması üçün rəsmi Bakının tələbidir./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password