“Kütləvi şəkildə Ermənistandan imtina edirlər” – Vardanyan

 

Son on ildə Ermənistanı təxminən 300 minə yaxın insan tərk edib.

Bu barədə erməni deputat Elinar Vardanyan məlumat verib.

“2023-cü ildə 36 512 vətəndaş Ermənistan pasportu ilə gedib və geri qayıtmayıb. Bu, sadəcə rəqəm deyil, bu dövlətdən ayrılmaq deməkdir. Ermənistan pasportu ilə gedib geri qayıtmayanların sayı 10 il ərzində 291 327 nəfərdir. Bu müddət ərzində yalnız 2020-ci ildə gələnlərin sayı gedənlərin sayını 42 786 nəfər üstələyib, bu da COVID pandemiyası məhdudiyyətləri ilə əlaqədar idi. Maraqlıdır ki, 291 327 nəfərin yarısı, təxminən 138 024-ü Ermənistanı tərk edib, son üç ildə geri qayıtmayıblar. Bu rəqəmlər 2021-ci ildə 73 521, 2022-ci ildə 27 941, 2023-cü ildə 36 512 nəfər olub”, – deputat qeyd edib.

Vardanyanın sözlərinə görə, təkcə son üç ildə 138 024 Ermənistan vətəndaşı vətənə dönməyib:

“Üstəgəl, qalan yüz minlərlə vətəndaşımız “Yaşıl Kart” (Amerikaya getmək) arzusundadır. 2019-2021-ci illər üçün “Yaşıl Kart”a müraciət edənlərin statistikası ABŞ-nin rəsmi dərc olunmuş statistikasında ümumiləşdirilib. ABŞ-də daimi yaşamaq üçün səfirliyə 602 359 müraciət olub. 2021-cü ildə 160 965 nəfər ABŞ-də rezidenturaya müraciət ünvanlayıb. Bu atmosferdə son iki ildə belələrinin sayının nə qədər olacağını təxmin etmək olar.

Ermənistandan “Yaşıl Kart”a müraciət edənlərin sayı Gürcüstan və Azərbaycanla müqayisədə bir neçə dəfə çoxdur. Bu, miqrasiya deyil, vətəndaşların kütləvi şəkildə dövləti rədd etmək qərarıdır.

İnsanlar ona görə gedirlər ki, dövlətimizə, gələcəyimizə əmin deyillər. Hər kəs sabahla bağlı qeyri-müəyyənlik içindədir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password