Gözlər Türkiyədə: Əliyevlə Ərdoğanın yeni planı nədir?

 

İlham Əliyev 7 fevral seçkilərində 92 faizlə yenidən Prezident seçildikdən sonra ilk rəsmi səfərini ənənəyə uyğun olaraq Türkiyəyə etdi. İki ölkə arasındakı tarixi ənənə fonunda Əliyevin Ankara səfərinin heç bir fors-major tərəfi yoxdur. Lakin Əliyevlə Ərdoğanın geniş və vacib gündəliyinin olduğu da məlumdur.

Səfərlə bağlı Türkiyə tərəfinin rəsmi məlumatında qeyd olunur ki, “iki ölkə arasında münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq, bununla yanaşı, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq”.

Türkiyə və Azərbaycanın ikitərəfli münasibətlərdə müzakirə edəcəkləri məsələlər çoxsaylıdır. Cari dövrlə bağlı bu məsələlərdən bir neçəsi daha önəmlidir:

– İqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması liderlərin gündəmində həmişə prioritet məsələlərdən biri olub;

– Qarabağın yenidən qurulması, minaların təmizlənməsi istiqamətində görülən işlər və Türkiyə şirkətlərinin bu prosesdə fəaliyyətinin dəyərləndirilməsi əsas məsələlər arasındadır;

– Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının dərinləşdirilməsi gündəmdədir, xüsusilə “Akıncı”nın ordumuzun hərbi arsenalına qatılmasından sonra bu PUA-ların Azərbaycanda istehsal edilməsi aktuallaşıb;

– Və şübhəsiz ki, Azərbaycan və Türkiyənin xarici siyasətinin koordinasiya edilməsi, beynəlxalq münasibətlərdə birgə addımların atılması məsələsi masadakı gündəmdə olacaq;

Regional müstəvidə tərəflərin əsas müzakirə mövzusu Cənubi Qafqazda baş verənlər ola bilər:

– Ermənistanın son təxribatı, ümumiyyətlə, Fransanın timsalında Qərbin bu ölkəni silahlandırmasının perspektiv riskləri və buna qarşı atılacaq addımlar;

– Sülh sazişi ətrafında son vəziyyət, Münhen görüşünün detalları;

– Və ən mühüm gündəlik olan Zəngəzur dəhlizinin açılmasına nail olmağın yolları: Bakı və Ankaranın bununla bağlı planlarının olduğu istisna deyil, lakin Azərbaycanın “Kalininqrad təcrübəsi” təklifindən sonra layihə ətrafında yeni vəziyyət yaranıb; Əliyevlə Ərdoğanın bu məsələni də müzakirə edə biləcəyi gözləntisi var;

Qlobal müstəvidə aparılacaq müzakirələrin də gündəliyi genişdir. Hərçənd, Bakı və Ankaranın cari dövr üçün Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, beynəlxalq təşkilat statusuna nail olmaq və türk coğrafiyasında dərin inteqrasiyanın sürətləndirilməsi əsas prioritetləri arasında olacaq./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password