Zəngəzurla bağlı B planı: Bakı ikinci variantı masaya qoydu

 

“Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Zaur müəllim, Ermənistanın şərti sərhəd xəttində Azərbaycana qarşı növbəti hərbi təxribatı, Cənubi Qafqazda yeni eskalasiya fonunda şərh edilir. Hazırda belə bir təhlükənin olması nə dərəcədə realdır?

– Bu təxribatın arxasında kimin dayanması Azərbaycan üçün heç bir fərqi etmir. Fransanın və regiondakı hansısa qüvvələrin bu təxribatda yer alması önəmli deyil. Ermənistan ordusu tərəfindən atəş açılıbsa, Azərbaycana qarşı hər hansı təhdid varsa, bunun məsuliyyəti Nikol Paşinyanın üzərinə düşür. Ona görə də Ermənistanm müdafiə nazirliyi əgər səmimi davranırdısa, bu məsələ ilə bağlı təhqiqat aparacaqlarını deyirdilərsə, niyə hələ də bir nəticə yoxdur? Bununla bağlı heç bir məlumat verilməyib. Hər şey erməni tərəfinin dediyi kimidirsə, hələlik heç kəs həbs edilməyib. Məhz bu kontekstdə baş verənlər birbaşa olaraq Ermənistanın məsuliyyətindədir. Bu ölkə başa düşməlidir ki, regionda bu təxribatlar fonunda proseslər məcrasından çıxa bilər. Beləliklə Ermənistan dövlətçiliyinin özü təhdid altında olacaq.

– Təxribatın Zəngilan istiqamətində baş verməsinin də təsadüf olmadığı iddia edilir. Bunu daha çox Zəngəzur dəhlizi istiqamətində hansısa hərbi əməliyyatların başlaması ehtimalları ilə dəyərləndirməyə çalışırlar…

– Əgər Azərbaycan bu istiqamətdə hücum edib, Zəngəzur dəhlizinə nəzarəti ələ almaq istəyirdisə, bunu Ordumuz asanlıqda etmiş olardı. Erməni tərəfi yaxşı bilir ki, Kəlbəcər, Zəngilan, Qazax istiqamətində Azərbaycan Ordusunun hücumunu dəf etmək imkanları yoxdur. Ona görə də, bu kimi iddialarla bağlı Bakıya qarşı ittihamlar irəli sürmək məntiqsizdir. Azərbaycan dəfələrlə bəyan edib ki, hansısa ölkəyə hücum etməklə bağlı planları yoxdur. İndiki Ermənistan ərazilərinin tarixi Azərbaycan torpaqlarından formalaşmasına baxmayaraq Bakının yanaşması tamam fərqlidir. Amma Ermənistan ərazisində fransız generalları, fransız və hindistan istehsalı olan hərbi texnikalar, sayı artmaqda olan müxtəlif qruplar, missiyalar Azərbaycan ərazilərinə qarşı təhdid yaradacaqlarsa, bu zaman erməni dövlətinin varlığı sual altına düşəcək.

– Ermənistanın təxribatlarına qarşı ən effektiv üsul nə ola bilər?

 

– Burada prosesə artıq fərqli yanaşma tələb olunur. Ermənistanın artıq silahsızlaşdırılması ilə bağlı addım atılmalıdır. Bu ölkə heç bir silaha malik olmamalıdır. Çünk bizim əlimizdə tarixi faktlar var. 1918-1920-ci il hadisələri, keçmiş SSRİ dövründə və 1988-ci ildən 1994-cü ilə qədər olan hadisələr bunu deməyə əsas verir. Zaman, tarix və baş verənlər də göstərir ki, Ermənistan əsgərinin mövcudluğu, onun əlindəki silah Cənubi Qafqazda sabitliyə təhdiddir. Bölgədə ən yaxşı sülhün təminatı Ermənistanın silahsızlaşdırılmasıdır. Dünyada belə presidentlər var. İşğalçı ölkəyə qarşı bu şərtlər tətbiq edilib.

– Zəngəzur dəhlizinə qarşı regional və qlobal səviyyədə çıxan qüvvələri arqumenti nəyə əsaslanır? Dəhlizə qarşı olanları ümumilikdə nə birləşdirir?

– Zəngəzur dəhlizinin açılması Ermənistana doğurdanmı sərf etmir və onun dövlət maraqlarına cavab vermir? Bunu aydınlaşdırmaq lazımdır. Erməni xalqı və dövləti bu suala cavab verməlidir. Çünki Zəngəzur dəhlizi açılsaydı, digər kommunikasiya xətləri də işə düşəcəkdi. Hazırda blokadada olan, bir çox qapılar üzünə bağlanan Ermənistan dənizlərə çıxış əldə edəcəkdi. Kommunikasiya xəttində yerləşdiyi üçün dividentlərlə yanaşı öz mövqeyini də gücləndirniş olacaqdı. Amma Ermənistan hökuməti buna getmədi. Reallıq odur Regionda və onun hüdudlarından kənarda Fransının timsalında olan ölkələr Ermənistana dəhlizlərin açılması ilə bağlı imkan vermir. Çünki onlar ümumiyyətlə Şərq-Qərb dəhlizinin açılmasında maraqlı deyil. Türkiyənin regionda mövqeyinin güclənməsinə qısqanclıqla yanaşırlar. Çin və Avropa arasında bu xəttin işləməməsi üçün əllərində gələni edirlər.

– Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı B planı nədən ibarətdir?

– Bakının bununla bağlı müxtəlif planları ola bilər. A planından başqa vəziyyət donmuş halda qalarsa, digər planların da həyata keçirilməsi istinsa edilmir. Bir müddət əvvəl Azərbaycan tərəfi Zəngəzur dəhlizi ilə bağlı təklif etmişdi ki, Ermənistan bunu qlobal formada açmaq istəmirsə, ilkin mərhələ kimi vətəndaşların Naxçıvana gediş-gəlişini təmin edə bilər. Bunun üçün isə onlar qeyd-şərtsiz kommunikasiya prinsipindən istifadə etməlidir. Bununla Azərbaycan vətəndaşları burada heç bir prosedurla qarşılaşmamalıdır. Amma erməni tərəfi bu təklifi də cavabsız qoydu. Məhz bütün bunlar onu göstərir ki, Ermənistan yaxın zamanlarda Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password