“Yeni dövrdə regionun güclü aktoru olan Azərbaycan görəcəyik”

 

Prezident İlham Əliyev andiçmə mərasimindən sonra çıxışında Azərbaycanın yeni dövrdə yol xəritəsini açıqlayaraq, Azərbaycanın daxili və xarici siyasətində prioritetlərini vurğulayıb.

Bunu  sualları cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.

“44 günlük Vətən Müharibəsi və 23 saatlıq lokal-antiterror tədbirlərindən sonra Azərbaycan üçün yeni dövr başladı. Bu müddət fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkiləri ilə davam etdi.

Prezident İlham Əliyevin qondarma separatçı ermənilərin bir vaxtlar öz administrasiyasının paytaxtı elan etdikləri Xankəndidə səs verməsi yeni dövrün bir simvolu və dünyaya bir bəyannamə idi. Yeni dövrdə söhbət ərazi bütövlüyünü təmin edən, suverenliyini tam bərqərar edən, Konstitusiyasını bütün ölkə ərazisində həyata keçirən, regionda lider dövlətə çevrilən, Türk Dövlətləri Təşkilatında lokomotiv rolunu oynayan, İslam ölkələri ilə yaxşı dialoqda olan və Qərb ölkələrinin müstəmləkəçiliyi ilə haqsızlığa uğrayan ölkələrin haqlı işlərinə dəstək verən, özünü qoruyan, ölkədə hər sahədə islahatlar aparmağa hazırlaşan Azərbaycandan gedir. Yeni dövrdə Azərbaycanın xarici siyasətində ən mühüm prioritet Türk Dünyası olacaq. Əslində, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrlə Azərbaycan arasında tarix, mədəniyyət, coğrafiya, sosial-iqtisadi güc yaratmaq baxımından təbii birlik mövcuddur. Eyni zamanda, bu bütövlük Cənubi Qafqazda maraq güdən digər gücləri, xüsusən də regionda təxirbat istəyən Fransanı tarazlaşdıracaq bir düsturdur.

Azərbaycanın TDT-də aparıcı rolu, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında fəal rolu ilə beynəlxalq aləmdə nüfuzunun artması ilə yanaşı,həmçinin Fransanın arxa bağçası kimi gördüyü bölgələrdə və cəmiyyətlərdə Fransaya qarşı neokolonizmlə mübarizədə güclü dəstək verir. Azərbaycanın bu təşəbbüsünün türkofobiya, islamofobiya və neokolonizm elementlərini özündə ehtiva edən fransız imperializminə qarşı mühüm mübarizə vasitəsi olduğunu söyləmək mümkündür.

Nəticə etibailə 7 fevral seçkiləri Azərbaycan üçün yeni eranı təmsil edir. Bu dövrdə Azərbaycan əvvəlki dövrlə müqayisədə daha güclü bir Azərbaycan olacaq”, – deyə o, əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password