Aleksey Navalnı öldü

 

Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb.

Bu barədə Rusiya Federal Penitensiar Xidmətin regional idarəsi məlumat yayıb.

“Bu il fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Navalnı A.A gəzintidən sonra özünü pis hiss edib, demək olar ki, dərhal huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib və təcili tibbi yardım briqadası çağırılıb. Bütün zəruri reanimasiya tədbirləri görülüb, lakin müsbət nəticə verməyib. Təcili yardımın həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri araşdırılır”, – məlumatda deyilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password