Şərqi Zəngəzurla bağlı hədəflər açıqlandı: İstiqamətlər belə olacaq – Vahid Əhmədov

 

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bir çox vacib mesajlar verdi. Ölkə başçısı Qarabağ və digər istiqamətlərlə bağlı əsas məqamlara toxundu. Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin önəmindən bəhs edildi.

Bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

“Eyni zamanda ölkə başçısı Ermənistana bir daha ciddi xəbərdarlıq etdi. Azərbaycanın öz məsələsini həll etdiyini, sülh müqaviləsinin imzalanıb-imzalanmamasının Ermənistanın problemi olduğu vurğulandı. Amma ölkəmizə qarşı hər hansı bir hərəkət olsa, “Dəmir yumruğ”un yerində olduğunu görəcəklərinə dair mesaj verildi” – deyə o qeyd edib.

Millət vəkili ölkə başçısının da qeyd etdiyi kimi Qarabağ və Şərqi Zəngəzurda hazırda çox ciddi işlərin getdiyini bildirib:

“Bu bölgədə kənd təsərrüfatına yararlı kifayət qədər böyük torpaq sahələri var. Kənd təsərrüfatının inkişafı, sənaye mərhələləri, sənaye parklarının tikintisi nəzərdə tutulur. Artıq bölgədə vacib infrastruktur formalaşır. İki böyük aeroport istifadəyə verilib. Üçüncü aeroportun tikintisi yekunlaşmaq üzrədir”.

 

Vahid Əhəmədov hesab edir ki, Azərbaycan 2024-cü il və sonrakı dövrlərdə Qarabağ və Şərqi Zəngəzurdan çox yaxşı gəlir götürə biləcək:

“Bölgədə məhsuldar torpaqların, kənd təsərrüfatı sahələrinin olması buna zəmin yaradır. Bütün bunların nəticəsində Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın iqtisadiyyatına müsbət təsirinin çox güclü olacağı proqnozlaşdırılır. Məhz bu kontekstdə keçmiş qaçqın və məcburi köçkünlərin daha tez öz yurd-yuvalarına qayıtması, orada iş və istehsalat sahələrinin yaradılması fonunda baş verəcək”.

Deputat ölkə iqtisadiyyatının inkişafına təkan vermək məqsədilə Qarabağ və Şərqi Zəngəzurda bir çox işlərin görüldüyünü söyləyib: “Azərbaycanın bu bölgə ilə bağlı prioritetləri çox böyükdür və nəticələri də təsirli olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password