Azərbaycanda ezamiyyə xərcləri niyə artırılmır?
Beş ildən çoxdur ki, Azərbaycanda ezamiyyə xərclərinə dəyişiklik edilmir. Baxmayaraq ki, bütün sahələrdə bahalaşma və inflyasiya müşahidə olunur. Maaş və pensiyalarla yanaşı, qiymətlər də artır, pul dəyərini itirir, amma ezamiyyə xərcləri bu dəyişikliyə uyğunlaşdırılmır.
Ezamiyyə xərclərinin məbləğində sonuncu dəyişiklik 2018-ci ildə edilib. Bu dəyişikliyə əsasən ölkə ərazisində bir günlük ezamiyyə xərci Bakıda 90 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilib.
Hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, hazırda bu məbləğ ehtiyacları qarşılamağa kifayət deyil.
Millət vəkili Vüqar Bayramov isə bildirib ki, ölkədə və dünyada baş verən qiymət artımı və inflyasiya fonunda ezamiyyə xərcləri ən azı iki dəfə artırılmalıdır.
Deputat həmçinin qeyd edib ki, ezamiyyə xərclərinin dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə təkliflər təqdim edilib. Bu xərclərin də qısa zamanda artırılması gözlənilir.
Ətraflı Baku TV-nin süjetində: