Lavrovdan Ukrayna açıqlaması: “Dialoq başlaya bilər”

 

Rusiya Ukraynadakı münaqişənin siyasi-diplomatik yolla həllinə hazırdır, amma Qərbin Moskvanın maraqları və yerdəki reallığı nəzərə almaq istəmədiyini nəzərə alsaq, hələlik razılaşma variantları görünmür.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz legitim maraqlarımız və uzun illər ərzində formalaşmış və indiki vəziyyətə gətirib çıxaran reallıqları nəzərə almaq əsasında siyasi-diplomatik həllə açığıq. Ancaq bizə müharibə elan edənlərdən ciddi təkliflər gəlmədiyi, onların bizim maraqlarımız və yerdəki reallıqları nəzərə almaq istəmədikləri durumda danışıqlar masası arxasında danışmaq mümkün olmayacaq. Belə seçimlər görünmür”, – Lavrov bildirib.

Nazir onu da qeyd edib ki, Rusiyanın uğurlarını görən Qərb daha çox öz qələbəsindən yox, Prezident Vladimir Putinin qalib gəlməsinə necə mane ola biləcəyindən danışmağa başlayıb:

 

“Vaşinqton və müttəfiqləri bizi strateji məğlubiyyətə uğratmaq xəyallarından əl çəkmirlər. Düzdür, son vaxtlar Ukraynanın hərbi əməliyyatlar teatrında rus ordusunun uğurlarını görən Qərbdə artıq öz qələbələrindən yox, Putinin qalib gəlməsinin qarşısını necə almaq barədə danışırlar”.

Lavrov Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədlərinə nail olunacağını vurğulayıb./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password