Çempionlar Liqasının 1/8 finalı: “Real” və “Mançester Siti” meydandan qalib ayrılıb
İspaniyanın “Real Madrid” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Almaniyanın “Leypsiq” klubuna 1:0 hesabı ilə qalib gəlib.
Görüş Almaniyada baş tutub.
Oyunda yeganə qolu 48-ci dəqiqədə Brahim Dias vurub.
Günün digər oyununda İngiltərənin “Mançester Siti” klubu səfərdə Danimarka “Kopenhagen”inə 3:1 hesabı ilə qalib gəlib.
Qonaqların heyətində qolları Kevin De Bruyne (10-cu dəqiqə), Bernardo Silva (45+1) və Fil Foden (90+2) vurub.
“Kopenhagen”dən isə 34-cü dəqiqədə Maqnus Mattsson fərqlənib.
Cavab qarşılaşmaları martın 6-da müvafiq olaraq Madrid və Mançesterdə baş tutacaq.