Təcili xəbərdarlıq: “İqtidara elə bir adam gəlir ki, Putinlə…”

 

Avropa təcili olaraq Ukraynaya sursat və silah tədarükünü artırmalı, həmçinin Ukrayna ordusu üçün təlimləri genişləndirməlidir ki, Kiyev nəinki hazırda nəzarət etdiyi ərazini müdafiə edə, hətta 2025-ci ildə müharibənin gedişatını faktiki olaraq dəyişdirə bilsin.

Bunu britaniyalı analitik Timoti Qarton Eş deyib.

Onun fikrincə, Ağ Evin yeni rəhbəri vəzifəsinə əsas namizədlərdən biri ABŞ-nin eks-prezidenti Donald Tramp Ukraynaya dəstəyi dayandıra və Rusiya lideri Vladimir Putinlə anlaşa bilsə belə, Avropanın məqsədi bu olmalıdır:

“İkincisi, Avropa özünün ənənəvi müdafiəsi üçün daha çox şey etməlidir. Trampın birinci prezidentliyindən fərqli olaraq, onun ikinci prezidentliyi üçün yol xəritəsi dost beyin mərkəzləri tərəfindən tərtib edilmiş əhatəli planlarla diqqətlə hazırlanır”.

Qarton Eş bildirib ki, Avropa öz müdafiəsi üçün hələ də ABŞ, eləcə də NATO-dan, NATO isə ABŞ-nin 5-ci maddəyə olan zəmanətindən asılıdır. 5-ci maddəyə görə, NATO üzvlərinə hücum olarsa, alyans kollektiv şəkildə silahlı qüvvədən istifadə etməyə məcburdur.

“Prezident Tramp Estoniyanı (və ya Baltikyanı dövlətləri) müdafiə etməyi uyğun görməsə, Avropa harada olacaq? Yaxud Vaşinqton artıq Putininin bunu edəcəyinə inanmasa (Ukraynada olduğu kimi yanlış hesablama), nə edəcəklər? Avropa özünü müdafiə etmək istəyirsə, öz ordusunu yaratmalıdır”, – Qarton Eş vurğulayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password