Hakan Fidanın mesajından sonra durum dəyişdi – “Putin buna görə gəlir”

 

Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndəsi kimi saat 8-dən saat 13:00-dək baş çəkdiyim 35 məntəqənin hər birində seçki fəallığı ən üstün səviyyədədir. Hava şəraiti, insanların da əhval-ruhiyyəsi yaxşıdır. Bütün məntəqələrdə növbə müşahidə olunurdu. Son illər keçirilən seçkilər içərisində bəlkə də birincisidir ki, seçici fəallığı bu qədər yüksəkdir.

Bu sözləri açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

O bildirib ki, demokratik seçkinin nə demək olduğunu xalq birmənalı qarşılayır:

“Bu gün bir daha xalqın hakimiyyətin mənbəyi olduğu sübuta yetirildi. İnsanların hətta öz körpələri, yetkinlik yaşına çatmayan övladlarını da götürüb, qonşuları ilə məntəqələr üzrə sırada durub sonra isə ürəkdən səs verdiklərinin şahidi oldum.

İstər Avropa, istər MDB və istərsə də digər ölkələrdən gələn xarici müşahidəçilər insanların seçkidə belə xoş sevinclə iştirakı ilə maraqlanırlar. Xalqın öz liderini seçmək üçün iradəsinin ifadəsinə necə can atdıqlarını söylədilər. Balaxanıda yerləşən məntəqələrin birində ATƏT-in nümayəndələri ilə rastlaşdım. Dedilər ki, birinci dəfədir seçkidə belə kütləvilik müşahidə edirik. Söylədilər ki, Azərbaycan seçki mühiti ən yüksək səviyyədədir. Xalq öz istədiyi namizədə səs verməyə gəlir. Bu, müstəqil Azərbaycan tarixində zənnimcə, ilk və ən böyük seçki nümunəsi kimi dünyaya örnək olacaq. Həm xarici, həm də yerli nümayəndələrlə birgə 15-dən çox məntəqəni müşahidə etdik, onların da ümumi fikri bu oldu ki, ən üstün seçki fəallığı Azərbaycanda müşahidə olunur”.

Məhəmməd İmanlı vurğulayıb ki, Xankəndidə olan həmkarları ilə də əlaqədədirlər:

“Bakıdakı Xankəndi seçki dairəsinə də baş çəkdim, əslən Xankəndidən olan şəxslər müvəqqəti qeydiyyatda olduqları ərazi üzrə səsverməyə gəlmişdi. Həmin dairə üzrə siyahıda 700-dən çox seçici vardı, 150-dən çox çöldə vətəndaşımız deyə-gülə, bir-birinə hörmətlə yanaşaraq növbəyə durmuşdu. Seçicilər bildirdilər ki, bu seçkidə iştirakı özləri üçün ən uğurlu gün hesab edirlər. Hesab edirəm ki, bu seçki Azərbaycan dövlətinə və millətimizə, o cümlədən ölkəmizin gələcəyi üçün düşərli olacaq. Bizim nümunə Qərbin, Azərbaycanı sevməyən digər ölkələrin ən pis nəfslərini üəryində qoydu. Xalqın sevgisi bu gün ifadə olundu”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password